ASFORMİN

ASFORMİN

6.29 AZN
Asformin 850 mq örtüklü tabletlər, blisterlərdə. 10 blister (100 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstifadəsinə göstərişlər
2-ci tip şəkərli diabeti olan xəstələrdə şəkərin miqdarına nəzarəti yaxşılaşdırmaq üçün metformin həm monoterapiya şəklində, həm də idman və pəhrizlə müalicəyə əlavə olaraq istifadə olunur. Metforminin 10 yaşından böyük uşaqlarda istifadəsi mümkündür.

Metformin böyüklərdə (>17 yaş) şəkərin miqdarına nəzarəti yaxşılaşdırmaq üçün sulfanilkarbamid törəmələri ilə və ya insulinlə birlikdə istifadə oluna bilər.

Əks göstərişlər
1. Böyrək xəstəlikləri və ya böyrək funksiyasının pozulması olan xəstələr (zərdab kreatinin səviyyəsi>1,4 mq/dl).
2. Ürək çatışmazlığı səbəbilə müalicə alan xəstələr.
3. Metforminə qarşı yüksək həssaslığı olan xəstələr.
4. Kəskin və ya xroniki metabolik asidozlar (diabetik ketoasidoz, diabetik prekoma).


Hamiləlik və laktasiya dövründə istifadəsi 
Hamiləlik (B kateqoriyası)
Son tədqiqatlar göstərmişdir ki, hamiləlik dövründə qanda qlükoza səviyyəsinin qeyri-normal olması anadangəlmə anomaliyaların riskini artırır. Əksər mütəxəssislər hamiləlik zamanı insulinin istifadəsini tövsiyə edirlər. Hamiləlik dövründə mütləq göstəriş olmadıqda metformin istifadə olunmamalıdır.

Laktasiya
Metforminin ana südünə keçib-keçmədiyi haqqında məlumat olmadığı üçün laktasiya dövründə istifadə olunmamalıdır.

Uşaqlarda istifadə 
2-ci tip diabeti olan, 10-16 yaşlar arasındakı pediatrik xəstələrdə metforminin effektivliyi və təhlükəsizliyi təsdiqlənmişdir. Uşaqlarda tövsiyə olunan maksimal günlük doza 2000 mq təşkil edir.

İstifadə qaydası və dozası
Böyüklərdə istifadəsi:
Monoterapiya və digər peroral antidiabetik vasitələrlə kombinasiya

Standart başlanğıc dozası gündə 2-3 dəfə 500 mq və ya 850 mq təşkil edərək qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir.
10-15 gün sonra qanda qlükoza göstəriciləri bərpa olunduqda doza tənzimlənməlidir. Dozalarda az bir artım qastrointestinal tolerantlığının yaranmasına səbəb ola bilər. Metforminin tövsiyə olunan maksimal dozası gündə 3 q təşkil edir. 
Digər peroral antidiabetik vasitə metforminlə əvəz edildikdə həmin vasitə kəsilməli və metforminin qəbulu yuxarıda göstərilən dozalarla başlanılmalıdır. 

İnsulin ilə birlikdə istifadəsi
Qanda qlükoza səviyyəsinə nəzarəti yaxşılaşdırmaq üçün metformin insulinlə birlikdə istifadə oluna bilər. Metformin gündə 2-3 dəfə standart başlanğıc dozada verilərkən insulinin dozası qanda qlükoza səviyyəsinə müvafiq tənzimlənir.

Yaşlı xəstələrdə istifadəsi:
Yaşlı xəstələrdə böyrək funksiyasının zəifləmə ehtimalı olduğuna görə mertforminin dozası böyrək funksiyası yoxlanılmaqla tənzimlənməlidir.

Uşaqlarda və yeniyetmələrdə istifadə:
Monoterapiya və insulin ilə birlikdə istifadəsi

Asformin örtüklü tabletlər 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadə oluna bilər.

Standart başlanğıc dozası gündə 1 dəfə 500 mq və ya 850 mq olaraq qida qəbulu ilə birlikdə və ya qida qəbulundan sonra verilir. 

10-15 gün sonra qanda qlükoza göstəriciləri bərpa olunduqda doza tənzimlənməlidir. Dozalarda az bir artım qastrointestinal tolerantlığının yaranmasına səbəb ola bilər. Metforminin tövsiyə olunan maksimal dozası gündə 2 q olub, 2 və ya 3 dəfəyə bölünərək qəbul edilir. 

Təsiredici maddə: hər örtüklü tabletin tərkibində 850 mq metformin-hidroxlorid vardır.

Köməkçi maddələr: polivinilpirrolidon (PVP K 30), mikrokristallik sellüloza (AVİCEL PH 102), maqnezium- stearat, etil spirti, Opadry Y-1 7000 ağ, titan 4-oksid.



Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.