STAMİC

STAMİC

6.72 AZN
Təsviri: Sarı, oval, iki tərəfdən qabarıq, bağırsaqda həll olan örtüklü həblər.
İstifadəsinə göstərişlər:

- Reflüks ezofagit
- Helicobacter pylori tərəfindən törədilən mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi zamanı bu mikroorqanizmin eradikasiyasını sürətləndirərək residiv riskini azaltmaq məqsədilə (uyğun iki antibiotiklə birlikdə)
- Mədə və onikibarmaq bağırsağın peptik xoraları
- Zollinger- Ellison sindromu və mədə turşuluğunun artması ilə müşayiət olunan digər patoloji vəziyyətlər

İstifadə qaydası və dozası:.

Preparat səhər yeməyindən bir saat əvvəl qəbul olunur. 
Yaşlılar və 12 yaşdan yuxarı yeniyetmələr üçün:

Reflüks ezofagit zamanı:

Məsləhət görülən doza gündə bir həbdir. Həkim gündəlik dozanı iki həbə qədər artıra bilər. Reflüks ezofaqit zamanı müalicə kursu adətən 4-8 həftə təşkil edir.

Helicobacter pylori törətdiyi onikibarmaq bağırsaq və mədə xoralarının uyğun iki antibiotiklə birgə müalicəsi zamanı (eradikasion müalicə):

Amoksisillin, klaritromisin və metronidazol kimi antibiotiklərdən hər hansı ikisi ilə kombinə olunmaqla, gündə 2 dəfə 1 həb qəbul olunur. İlk pantoprazol həbini səhər yeməyindən bir saat əvvəl, ikinci həb şam yeməyindən bir saat əvvəl qəbul olunur.
Adətən aşağıdakı kombinasiyalar məsləhət görülür:
- Pantoprazol 40 mq + klaritromisin 500 mq + amoksisillin 1000 mq
- Pantoprazol 40 mq + klaritromisin 500 mq + metronidazol 500 mq
- Pantoprazol 40 mq + metronidazol 500 mq + amoksisillin 1000 mq
Qeyd olunan preparatların hər biri gündə iki dəfə qəbul olunmalıdır. Adətən müalicə müddəti 1-2 həftə təşkil edir.

Mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi zamanı:

Gündə bir həb qəbul olunur. Həkimlə razılaşdırıldıqdan sonra gündəlik doza iki həbə qədər artırıla bilər. Mədə xoraları üçün müalicə müddəti adətən 4 - 8 həftə, onikibarmaq bağırsaq xoraları üçün müalicə müddəti adətən 2 - 4 həftə təşkil edir.

Zollinger-Ellison sindromunun və mədədə turşuluğun artması ilə müşayiət olunan digər vəziyyətlərin uzunmüddətli müalicəsi üçün

:

Tövsiyə olunan başlanğıc doza gündə iki həbdir. Preparat gündə bir dəfə-iki həb səhər yeməyindən bir saat öncə qəbul edilir. Əgər gündəlik doza iki həbdən artıq təyin olunmuşdursa, həbləri bərabər doza şəklində gündə iki dəfə olmaqla qəbul olunmalıdır.

Xüsusi xəstə qrupları üçün:

- Böyrəklərin funksional pozğunluğu zamanı 1 həbdən gündə 1 dəfə
- Ağır qaraciyər pozğunluqları zamanı 1 həb günaşırı qəbul olunur. Qaraciyər fermentlərinin səviyyəsi yüksəldikdə, preparatın qəbulu dayandırılmalıdır
- 12 yaşdan kiçik uşaqların istifadəsi üçün tövsiyə olunmur
- Yaşlı insanlar (65 yaş və daha yuxarı) gündə 1 həbdən çox qəbul etməməlidirlər. Yalnız antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə aparılan kombinəolunmuş müalicə zamanı gündəlik doza iki həbdir.

Əks göstərişlər:

- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
- Atazanavir preparatının qəbulu zamanı

Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

Tərkibi:

Aktiv maddələr: 1 həbin tərkibində 40 mq pantoprazol vardır (natrium seskvihidrat şəklində).
Köməkçi maddələr: natrium kroskarmelloza, krospovidon, mannitol DC, susuz natrium-karbonat, kalsium-stearat, susuz kolloidal silisium 4-oksid. Örtüyünün tərkibi: hipromelloza asetat suksinat, trietil sitrat, hidroksipropilmetil sellüloza, talk, natrium lauril sulfat, sarı dəmir oksidi (E 172).
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.