TERİX

TERİX

2.16 AZN
Teriks örtüklü tabletlər, blisterlərdə. 1 blister (10 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstifadəsinə göstərişlər
Pollinoz (mövsümi allergik rinit və konyunktivit).
Xroniki allergik rinit və digər allergik rinopatiyalar.
Allergik qaşınmalar.
İdiopatik övrə.
Kvinke ödemi.

Əks göstərişlər
Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası 
Böyüklər və 12 yaşdan böyük uşaqlar üçün (bədən kütləsi 30 kq-dan çox olan) axşamlar 1 tablet

(10 mq) qəbul etmək yetərlidir. 2-12 yaşlı uşaqların (bədən kütləsi 30 kq-dan az olan) ½ tablet

(5 mq) qəbul etmələri tövsiyə olunur.
Setirizinin qəbulu qida qəbulundan asılı deyil. Pollinoz  zamanı 3-6 həftəlik müalicə kursu kifayət edir.

Doza həddinin aşılması
Bir doza halında 50 mq setirizin qəbul etdikdə müşahidə edilən yuxuculluq və hipotenziya ifrat dozalanma ilə bağlı ola bilər. Doza həddinin aşılması zamanı digər tədbirlərlə yanaşı, mədə yuyulmalıdır.

Təsiredici maddə: hər örtüklü tabletin tərkibində 10 mq setirizin-dihidroxlorid vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza monohidrat, PVP K 30, maqnezium-stearat.

Örtüyün tərkibi: eudrajit E 100-55, talk, titan 4-oksid, maqnezium-stearat, polietilenqlikol 6000.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.