ROKSİZAPİN 5 mq

ROKSİZAPİN 5 mq

17.70 AZN
Blisterdə  28 tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
İstifadəsinə göstərişlər 

Olanzapindən şizofreniyanın müalicəsində və bipolyar pozğunluqlarla müşayiət olunan maniyaların kəskin epizodlarının qısamüddətli müalicəsində istifadə olunur.

Əks göstərişlər 

Roksizapinin tərkib komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, bağlıbucaqlı qlaukoma.

İstifadə qaydası və dozası 

Roksizapinin başlanğıc tövsiyə olunan dozası ac qarına və ya tox qarına qəbul edilməklə 5-10 mq-dır.

Doza sonradan xəstənin kliniki statusuna müvafiq olaraq 5-20 mq hüdudlarında tənzim olunur.

Gündəlik dozanın 15 mq-a qədər və daha yüksəyə qaldırılması yalnız müalicədən minimum 4 gün keçdikdən sonra tövsiyə olunur.

Şizofreniya zamanı dəstəkləyici müalicə: Müvafiq doza ilə dəstəkləyici müalicənin aparılmasının vacibliyini müəyyən etmək üçün xəstənin statusunu dövri olaraq qiymətləndirmək lazımdır.

Bipolyar maniya: Olanzapinin peroral qəbuluna qida qəbulu nəzərə alınmadan gündə bir dəfə olmaqla 10 mq və ya 15 mq doza ilə başlanılır.

Dozanın dəyişdirilməsi (tənzim edilməsi) minimum 24 saat fasilə ilə daima həyata keçirmək lazımdır, bu zaman dozanın gündəlik artması/azalması 5 mq hesabı ilə olmalıdır.

Bipolyar maniya zamanı dəstəkləyici müalicə: Müalicəyə qarşı kəskin cavab reaksiyası alındıqdan sonra nail olunmuş cavab reaksiyasını davam etdirmək və maniyanın yeni epizodlarının qarşısını almaq üçün terapiyanı davam etdirmək lazımdır.

Uşaqlar: Olanzapin yaşı 18-dən az olan xəstələrdə öyrənilməmişdir. Yaşlı xəstələr: 65 yaşlı və daha böyük xəstələr üçün adətən aşağı başlanğıc doza (5mq/gün) təyin edilir.

Doza həddinin aşılması 
İnsanlarda Roksizapinin doza həddinin aşılması təcrübəsi çox məhduddur.

Kliniki tədqiqatlarda təsadüfən və ya qəsdən kəskin doza həddinin aşılması halları 67 xəstədə müşahidə edilmişdir.

Daha yüksək doza (300mq) qəbul etmiş xəstələrdə yeganə simptom mürgüləmə və nitqin dolaşıqlığıdır.

Xəstəxanada müayinə edilmiş, o cümlədən 300 mq doza qəbul etmiş xəstələrdə laborator analizlərdə və EKQ-da zədələyici dəyişikliklərin əlamətləri müşahidə edilməmişdir.

Doza həddinin aşılmasından sonra həyati vacib göstəricilər norma həddində qalmışdır.

Doza həddinin aşılması zamanı məlum farmakoloci effektlərin dərinləşməsini əks etdirən simptomlar meydana çıxa bilər.

Bu simptomlara yuxululuq, midriaz, dumanlı görmə, tənəffüsün çətinləşməsi, hipotoniya və ekstrapiramidal pozğunluqlar aid ola bilər. Roksizapinin spesifik antidotu olmadığından müvafiq dəstəkləyici tədbirlər görülməlidir.

Bir neçə preparatdan eyni zamanda istifadə etmək olar.

Doza həddinin kəskin aşılması zamanı süni tənəffüs yolu yaratmaq və adekvat oksigenasiya və ventilyasiyanı təmin etmək lazımdır. Medsinalin aktivləşdirilmiş kömürü təyin etmək  tövsiyə olunur, çünki o, Roksizapinin biomənimsənilməsini aşağı salır.

Mədənin yumaq olar (intubasiyadan sonra, əgər xəstənin huşu özündədeyilsə).

Hipotoniyanı və damar çatışmazlığını müvafiq tədbirlərlə, məsələn venadaxilinə yeridilmə və/və ya simpatomimetik preparatlarla müalicə etmək lazımdır (epinefrindən, dofamindən və beta-aqonist aktivliyə malik digər simpatomimetiklərdən istifadə etmək olmaz, çünki beta stimulyasiya hipotenziyanı dərinləşdirə bilər).

Təcili olaraq ürək-damar sistemi üzərində monitorinqə başlamaq lazımdır.

Bu məqsədlə, mümkün ola bilən aritmiyanı müəyyən etmək üçün uzunmüddətli elektrokardioqrafik monitorinq aparılmalıdır.

Həkim nəzarəti və monitorinq xəstənin vəziyyəti bərpa olunana qədər davam etdirilməlidir.


Təsiredici maddə: bir tabletin tərkibində 5 mq  Olanzapin vardır.

Köməkçi maddələr:titan 4-oksid

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.