MEPRİL2 mq

MEPRİL2 mq

3.72 AZN
Mepril tabletləri  2 mq  blisterlərdə. 2 blister (30 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


İstifadəsinə göstərişlər
İnsulindən asılı olmayan (II tip) şəkərli diabet, pəhriz ilə müalicənin və fiziki hərəkətlərin effektsiz olduğu zaman istifadə olunur.

Əks göstərişlər
İnsulindən asılı (I tip) şəkərli diabet, diabetik ketoasidoz, diabetik prekoma və koma.

Meprilə, preparatın tərkibindəki hər hansı qeyri-aktiv maddəyə, sulfonilkarbamid törəmələrinə və ya sulfanilamid preparatlarına qarşı yüksək həssaslıq. Mepril hamiləlik və laktasiya dövründə qəbul edilməməlidir.

İstifadə qaydası və dozası
Meprilin dozası qanda qlükoza miqdarı ilə müəyyən olunur. Başlanğıc və dəstəkləyici doza qanda və sidikdə qlükoza miqdarına müntəzəm nəzarət əsasında fərdi olaraq təyin olunur. Ən az metabolik dəyişikliklərə nəzarət edə bilən qlimepiridin ən az dozasını seçmək lazımdır. Meprillə müalicə eyni həkim tərəfindən başlanmalı və davam etdirilməlidir. Mepril təyin olunan dozada və təyin olunan zamanda qəbul olunmalıdır. Preparat qəbulunun unudulması sonrakı qəbul zamanı dozanın artırılması ilə müşayiət olunmamalıdır. Belə hallar haqqında xəstə və həkim əvvəlcədən danışmalıdırlar və bu zaman hansı tədbirlərin görülməsi haqqında qərara gəlməlidirlər. Xəstə yüksək doza qəbulu haqqında həkimi dərhal xəbərdar etməlidir.

Başlanğıc doza və doza seçimi
Müalicənin əvvəlində gündə bir dəfə 1 mq Mepril təyin olunur (2 mq seçmək lazım deyil). Lazım gəldikdə gündəlik doza qanda qlükozanın miqdarına daimi nəzarət olunaraq (1-2 həftəlik intervalla) tədricən, qeyd olunan sxemdəki kimi artırıla bilər: 1 mq-2 mq-3 mq-4 mq-6 mq-8 mq.

Yaxşı nəzarət olunan şəkərli diabetli xəstələrdə doza diapazonu 
Gündəlik doza 1-4 mq təşkil edir. Yalnız xüsusi xəstələrdə müalicənin effekti gündəlik doza 6 mq və artıq olaraq əldə etmək mümkündür.
Doza korreksiyası

Gündəlik dozanın qəbul vaxtı və tezliyi həkim tərəfindən xəstənin həyat tərzi nəzərə alınaraq müəyyən olunur. Adətən gündəlik doza birbaşa səhər yeməyindən və ya gün ərzində ilk qida qəbulundan əvvəl təyin olunur. Mepril qəbulundan sonra mütləq qida qəbul olunmalıdır.
İkinci doza seçimi

Şəkərli diabetin kompensasiyası əldə olunan zaman insulinə həssaslıq yüksəlir. Bununla əlaqədar olaraq müalicə zamanı Meprilə tələbat azala bilər. Hipoqlikemiya əmələ gəlməsinin qarşısını almaq üçün dozanı müəyyən müddət azaltmaq və qəbulu dayandırmaq lazımdır. Doza korreksiyası xəstənin çəkisinin dəyişildiyi zaman, həyat tərzinin dəyişildiyi zaman və ya digər faktorların, hipo- və ya hiperqlikemiya yaranmasına səbəb olan faktorların təsiri zamanı həyata keçirilməlidir.

Müalicə müddəti
Bir qayda olaraq Meprillə müalicə uzunmüddətli aparılmalıdır.
Xəstənin başqa peroral hipoqlikemik preparatdan Meprilə keçirilməsi

Mepril və digər peroral şəkərsalıcı preparatların dozaları arasında dəqiq əlaqə yoxdur. Digər preparatlardan Meprilə keçən zaman doza 1 mq-dan başlanılmalıdır (hətta digər peroral şəkərsalıcı preparatın maksimal dozasından Meprilə keçirilsə belə). Digər şəkərsalıcı preparatın effektinin dərəcəsinə və müddətinə mütləq diqqət yetirilməlidir. Hipoqlikemiya riskini artıran, additiv reaksiyanın qarşısını almaq üçün preparatın qəbulunun dayandırılmasına ehtiyac yarana bilər.

İnsulinlə kombinasiyada istifadəsi
Mepril maksimal dozasının tətbiqi ilə normal effekt alınmadıqda insulinlə kombinasiya etmək lazımdır. Kombinə olunmuş müalicəyə başlayan zaman qan zərdabında qlükoza miqdarı minimum 150 mq/dl olmalıdır. Meprilin optimal dozası gündə 1 dəfə 8 mq səhər acqarına təyin olunur, insulinlə müalicə minimal dozadan başlanır və qanda qlükoza miqdarına nəzarət olunaraq tədricən artırılır.
16 yaşına qədər xəstələrdə Meprilin effekti barədə dəqiq klinik məlumatlar yoxdur.

Meprili qaraciyər/böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi zamanı “Xüsusi göstərişlər” bölməsinə baxın.

Mepril tabletləri bütöv, çeynəmədən, kifayət qədər maye ilə qəbul olunmalıdır.


Təsiredici maddə: hər tabletin tərkibində 1 mq, 2 mq, 3 mq və ya 4 mq qlimepirid vardır

Köməkçi maddələr: laktoza monohidrat, natrium nişasta qlikolyatı, mikrokristallik sellüloza (Avicel PH 101), povidon (PVPK 30), maqnezium-stearat. Rəngləyici maddələr kimi: 1mq-lıq tab. üçün - qırmızı dəmir oksidi

(E 172); 2 mq-lıq tab. üçün - sarı dəmir oksidi (E 172) və indiqokarmin (E 132); 3 mq-lıq tab. üçün - sarı dəmir oksidi (E 172); 4 mq-lıq tab. üçün - indiqokarmin (E 132).
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.