MELİPRAMİN

MELİPRAMİN

5.23 AZN
2 ml məhlul, rəngsiz şüşə ampullarda.

5 ampul konturlu-yuvalı blisterlərdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


İstifadəsinə göstərişlər : 
Depressiyyanın bütün formaları (həyəcanla və həyəcansız davam edən): endogen və reaktiv depressiya, bipolyar pozğunluğun depressiv forması, atipik depressiya, psixozdansonrakı depressiya,

MSS-nin üzvi zədələnmələri zamanı depressiv vəziyyət və s.

Vahimə ilə müşayiət olunan pozğunluqlar

Əks göstərişlər

İmipraminə və ya preparatın digər komponentlərindən hər hansı birinə, həmçinin quruluşca yaxın olan digər trisiklik antidepressantlara qarşı hiperhəssaslıq

Hamiləlik və laktasiya dövrü,

Yanaşı olaraq MAO inhibitorları ilə müalicənin aparılması,

Kəskin miokard infarktı, ürəyin keçiriciliyinin pozulması, aritmiya,

Maniakal vəziyyət,

Ağır qaraciyər və / və ya böyrək çatışmazlığı
,
Bağlıbucaqlı qlaukoma,

Sidiyin ləngiməsi,

6 yaşa qədər uşaqlar

İstifadə qaydası və dozası

Melipramin® inyeksiya üçün preparatdan yalnız qısamüddətli və müvəqqəti müalicə üçün, yalnız güclü oyanma ilə müşayiət olunan depressiya zamanı və ya preparatın peroral qəbulu mümkün olmadıqda istifadə edilməlidir.

Müalicəni hər bir xəstə üçün fərdi qaydada seçmək lazımdır.

Müalicəyə minimal effektiv doza ilə başlamaq tövsiyə olunur.

Maksimal gündəlik doza 100 mq-dan artıq olmamalıdır.

İnyeksiyanı əzələyə dərinə ettmək lazımdır

Doza həddinin aşılması
Simptomları: MSS (mərkəzi sinir sistemi): sistem başgicəllənmə, yuxululuq, stupor, ataksiya, narahatçılıq, oyanıqlıq, hiperrefleksiya, əzələlərin rigidliyi, xoreoatetoz, qıcolmalar, koma.

Ürək-damar sistemi: hipotenziya, taxikardiya, aritmiya, keçiriciliyin pozulması, şok, ürək çatışmazlığı, nadir hallarda- ürəyin dayanması.

Digər simptomlar: tənəffüsün çətinləşməsi, sianoz, ürəkbulanma, qızdırma, tərləmə, midriaz, oliquriya və ya anuriya.

Müalicəsi: imipraminin doza həddinin aşılması zamanı xəstənin təcili olaraq xəstəxanaya aparılması vacibdir. Minimum 72 saat ərzində diqqətlə müşahidənin aparılması mütləq vacibdir.

Spesifik antidotu yoxdur.

Buna görə də doza həddi aşıldıqda dəstəkləyici simptomatik müalicənin aparılması göstərişdir.

Preparatda antixolinergik effektin olması ilə əlaqədar olaraq mədənin boşalması 12 saat və daha çox ləngiyir. Buna görə də ilk növbədə preparatı mədədən xaric etməyə cəhd etmək lazımdır.

Bu məqsədlə mədəni yumaq (əgər xəstənin huşu yerindədirsə), qusma törətmək olar.

Aktivləşdirilmiş kömür də vermək olar.

Ürək-damar sistemi parametrləri, qazlar və qanın elektrolitləri üzərində müşahidələr aparmaq lazımdır.

Lazım gəldikdə, qıcolma əleyhinə preparatlardan (məsələn, diazepam, fenitoin, fenobarbital, inhalyasiya anestetikləri və miorelaksantlar) istifadə etmək olar.

Süni tənəffüs, qan plazması həcmini artıran preparatlar, dofamin və ya dobutaminin damcı üsulu ilə infuziyasını yerinə yetirmək olar. Reanimasiya tədbirləri yalnız nadir hallarda lazımdır.

Qan plazmasında imipraminin konsentrasiyasının aşağı olması ilə əlaqədar olaraq hemodializ və peritoneal dializ kömək etmir.

Bu preparatın paylanma həcminin böyük olması ilə əlaqədar olaraq gücləndirilmiş diurez effekt vermir.

Fizostaqminin yeridilməsi ağır bradikardiya, asistoliya və epileptik tutmalar əmələ gətirir.

Buna görə də imipraminin doza həddinin aşılması zamanı ondan istifadə etmək tövsiyə edilmir.



Təsiredici maddə: 2 ml (1 ampul) məhlulun tərkibində 25 mq imipramin-hidroxlorid vardır.

Köməkçi maddələr: askorbin turşusu, natrium-pirosulfıt, susuz natrium-sulfıt, natrium-xlorid, inyeksiya üçün su.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.