LUSETAM 800 mq

LUSETAM 800 mq

4.74 AZN
Örtüklü tabletlər, 800 mq: qəhvəyi rəngli şüşə flakonda 30 ədəd
İstifadəsinə göstərişlər:

Baş beyinin zədələnməsi və ya onun funksiyalarının pozulması nəticəsində yaddaş və diqqət pozğunluğunun inkişafı, sayıqlıq səviyyəsinin zəifləməsi;

Beyin qan dövranı pozğunluqlarının nəticələrinin (əsasən afaziyanın) müalicəsi;

Sinir sisteminin zədələnməsi ilə əlaqədar inkişaf edən əzələ titrəməsi (qabıq mioklonusu);

Başgicəllənmə və tarazlıq hissiyyatının pozulması (damar pozğunluqları və psixi pozğunluqlarla bağlı olan simptomlardan başqa);

Alkoqoldan xroniki istifadə olunması nəticəsində inkişaf edən, həmçinin alkoqol abstinensiya sindromu ilə bağlı olan yaddaş və diqqət pozğunluqlarının kompleks müalicəsinin komponenti kimi;

Digər metodlarla birlikdə tədrisdə geri qalan və dizleksiyalı (yazılı nitqin gec qavranılması) uşaqların iş qabiliyyətini artırmaq məqsədilə.

Əks göstərişlər:
Preparatın istənilən komonentinə qarşı həssaslığın yüksəlməsi;

Ağır böyrək xəstəlikləri;

Baş beyinə qansızmalar;

Laktasiya dövrü;

Hamiləlik.

İstifadə qaydası və dozası:

Preparat qəti şəkildə həkim təyinatı ilə qəbul edilməlidir. T

övsiyə olunan dozaya və ya müalicənin davametmə müddətinə dəqiq əməl etmək lazımdır.

Doza xəstəliyin xarakteri və ağırlıq dərəcəsi, həmçinin xəstənin preparata qarşı reaksiyasından asılı olaraq fərdi şəkildə seçilməlidir.

Tabletlər yeməkdən əvvəl, 100-200 ml su ilə qəbul edilməlidir.

Müxtəlif göstərislər zamanı tövsivə olunan dozalar:

Psixo-üzvi sindromun (yaddaş pozğunluğu, diqqətin çatışmazlığı) simptomatik müalicəsi: gündə 2,4-4,8 q (2-3 dəfəyə qəbul olunur).
Beyin qan dövranı pozğunluqlarının (məsələn, insult) nəticələrinin müalicəsi:

Yarımkəskin və ya xroniki (15 gündən çox davam edən) xəstəliklər zamanı 4,8-6 q doza tövsiyə edilir.

Kortikal miokloniya: tövsiyə olunan başlanğıc gündəlik doza 7,2 q-dır, bundan sonra lazım gəldikdə dozanı hər dəfə 4,8 q olmaqla, 3-4 gün fasilə ilə gündə 24 q-a qədər artırmaq olar. Başgicəllənmə: gündə 2-3 qəbula bölünmüş 2,4-4,8 q.

Alkoqolun kəsilməsi sindromu: gündə 12 q, sonra gündə 2,4 q olmaqla dəstəkləyici müalicə təyin edilir.

Uşaqlarda dizleksiya: 8-13 yaşlarda loqopedik müalicə ilə yanaşı maksimal tövsiyə olunan doza iki qəbula bölünmüş 3,2 q təşkil edir.

Böyrək funksiyalarının pozulması zamanı preparatın dozasının dəqiqləşdirilməsi tələb oluna bilər.

Müalicənin davametmə müddəti xəstənin kliniki vəziyyəti ilə müəyyən edilir. Xroniki xəstəliklər zamanı müalicə adətən 6-12 həftə, lakin bəzən bir neçə aya qədər, Alsqeymer xəstəliyi zamanı isə hətta bir neçə ilə qədər uzana bilər.

Preparatın qəbulunu öz-özünüzə dayandırmayın!

Doza həddinin aşılması:

Kifayət qədər yüksək dozalar qəbul edildikdə və ya bundan şübhələndikdə həkimə müraciət etmək lazımdır.

Pirasetam hətta çox yüksək dozalarda da toksiki təsir göstərmir.

Preparatın spesifik antidotu yoxdur.

Doza həddinin aşılmasından şübhələndikdə simptomatik müalicə təyin edilməlidir.

Pirasetam, ekstraksiya effektivliyi 50-60% olan dializ yolu ilə orqanizmdən xaric edilə bilər.

Növbəti dozanın adi vaxtda qəbulu unudularsa, o, mümkün qədər tez, növbəti dozanın qəbul vaxtı çatana qədər, qəbul edilməlidir.

Əgər növbəti dozanın da qəbul vaxtı artıq çatmışdırsa, əvvəlki doza buraxılmalıdır.

İki dozanın birlikdə qəbul edilməsi doza həddinin aşılmasına gətirib sıxara bilər.


Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 400 mq, 800 mq və ya 1200 mq Pirasetam vardır.

Köməkçi maddələr: maqnezium-stearat, povidon K-30, makroqol 6000, dibutilsebakat, titan 4-oksid, talk, etilsellüloza, hipromelloza

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.