KARDİLOPİN 10 mq

KARDİLOPİN 10 mq

4.61 AZN
Hərəsində 10 tablet olmaqla 3 blister (30 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.


İstifadəsinə göstərişlər:

arterial hipertenziya: monoterapiya şəklində və ya digər antihipertenziv dərman preparatları ilə kombinasiyada;
stabil stenokardiya və ya vazospastik stenokardiya (Prinsmetal stenokardiyası): monoterapiya şəklində və ya digər antianginal dərman preparatları ilə birlikdə.

Əks göstərişlər: 

dihidropiridinlərə və /və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq;
uşaqlarda istifadəsi (kifayət qədər kliniki təcrübə olmaması ilə əlaqədar);
qeyri-stabil stenokardiya;
aortanın kliniki cəhətdən əhəmiyyətli stenozu;
hamiləlik və laktasiya dövrü

İstifadə qaydası və dozası:

Arterial hipertenziyanın və ya stenokardiya zamanı adi başlanğıc doza gündə 1 dəfə 5 mq təşkil edir və o, əgər mümkündürsə, günün eyni vaxtlarında qəbul edilir. Xəstənin reaksiyasını nəzərə alaraq doza gündə 1 dəfə olmaqla 10 mq-a qədər artırıla bilər. Tiazidlər, beta-adrenoblokatorlar və ya angiotenzinçevirici fermentin inhibitorları ilə birlikdə istifadə edildikdə amlodipinin dozası dəyişdirilməməlidir.
Yaşlı xəstələrə, həmçinin böyrək funksiyaları pozulmuş xəstələrə preparat adi dozalarda təyin edilir.
Qaraciyər funksiyaları dəyişilmiş xəstələrdə amlodipinin dozası azaldılmalıdır (gündə 2,5 mq-a qədər), çünki bu xəstələrdə preparatın yarımqalma müddəti artmış olur.

Doza həddinin aşılması:

Doza həddinin aşılması zamanı periferik damarların həddən artıq genişlənməsi simptomları, həmçinin reflektor taxikardiya meydana çıxır.
Malicəsi: Amlodipinin spesifık antidotu yoxdur. Preparatın tədricən sorulmasını nəzərə alaraq mədənin yuyulması müsbət nəticələr verə bilər.
Arterial təzyiq klinik cəhətdən əhəmiyyətli dərəcədə aşağı düşərsə, ürək-damar sisteminin fəaliyyətinin tənzim edilməsi, ürək və tənəffüs funksiyalarının daima qeydə alınması vacibdir, xəstənin aşağı ətraflar bir qədər yuxarı qaldırılır, sidiyin miqdarı ölçülür, simtomatik müalicə aparılır.
Damar tonusunun və arterial təzyiqin bərpa edilməsində istifadə edilən damardaraldıcı dərman maddələrindən istifadə edilməsi faydalı ola bilər. Kalsium qlükonatın vena daxilinə yeridilməsi kalsium kanallarının blokadası simptomlarını azaldır.
Amlodipin plazma zülalları ilə asanlıqla birləşdiyindən, doza həddinin aşılması zamanı hemodializdən istifadə olunmur.
25° C-dən aşağı olan otaq temperaturunda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti:

Həkim reseptilə buraxılır.

Təsiredici maddə: bir tabletin tərkibində10 mq amlodipin olur (müvafıq
olaraq 3,475 mq, 6,95 mq və ya 13,90 mq amlodipin besilat şəklində)

Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium-stearat, susuz kolloidal silisium 4-
oksid, natrium nişasta qlikolyat


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.