KETOFTİL 0,05%

KETOFTİL 0,05%

17.45 AZN
Təsviri: Ketoftil göz damcısı, 0,05%-li məhlul.
25 birdozalı 0,5 ml-lik polietilen qablar PVX-AL paketlərdə içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.


İstifadəsinə göstərişlər
Allergik mənşəli kəskin və xroniki konyunktivitlər və keratokonyunktivitlər.
Kontakt linzaların istifadəsi zamanı konyunktivanın qıcıqlanması.

Əks göstərişlər
Dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Gündə 2 dəfə 1 damcı və ya çox konyunktiva boşluğuna damızdırılır.
İstifadə qaydası
10ml-lik flakon: 
Flakonu açmaq üçün qapaq üstən basılır və açılır. İstifadə etdikdən sonra qapaq yenidən bərk sıxılaraq bağlanılır. 
0,5ml-lik birdəfəlik flakonlar:
Qapaq burularaq açılır və məhlul dərhal damızdırılır. 
Oftalmoloji gel, tub 10q:
Oftalmoloji geli düzgün damızdırmaq üçün tubu əymədən düz tutmaq lazımdır.
Doza həddinin aşılması
Ketoftil göz damcısını və oftalmoloji geli təkrar və ya məsləhət olunan dozadan artıq istifadə etdikdə heç bir toksiki təsir müşahidə olunmayıb.
Saxlanma şəraiti
Xüsusi saxlanma şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən buraxılma şərti : Resept əsasında buraxılır.
 
Tərkibi
Məhlul
Təsiredici maddə: 100 ml məhlulun (göz damcısı) tərkibində 69 mq Ketotifen fumarat vardır (50 mq ketotifenə ekvivalentdir).
Köməkçi maddələr: 10 ml-lik flakonda: TS-polisaxarid, sorbitol, benzalkonium xlorid, inyeksiya üçün su;
25 birdəfəlik flakonlar, 0,5 ml: TS-polisaxarid, sorbitol, inyeksiya üçün su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.