Ən çox verilən suallar

melhem.az səhifəsinin yuxarı sağ hissəsində qeydiyyatdan keçin. Daha sonra isə, istədiyiniz məhsulun adını “AXTARIŞ” bölməsində axtarın, məhsulu tapdıqdan sonra “səbətə əlavə et” düyməsini vurun. “KATEQORİYA” bölməsinə daxil olmaqla da istədiyiniz məhsulu tapıb “səbətə əlavə et”ə bilərsiniz.

Seçdiyiniz məhsulun dəyərindən asılı olaraq çatdırılma 0.50 qəpik və 1 manat arasında dəyişir.

Hələ ki, sifarişlər yalnız “ÇATDIRILMA MƏNTƏQƏLƏRİ” bölməsində qeyd edilən ünvanlara çatdırılır.

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.