Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ENAP HL

5.99 AZN
ENAP HL
İstifadəsinə dair göstərişlər
Preparat kombinə edilmiş terapiyaya ehtiyac olduqda arterial hipertenziyanın bütün mərhələlərinin müalicəsi zamanı istifadə edilir.

Əks göstərişlər
Preparatı onun istənilən komponentinə və ya sulfonamidlərə qarşı yüksək həssaslığı olan, anamnezdə anqionevrotik şiş olan, böyrək pozğunluğu olan (keatinin klirensi 0,5ml/san-dən az, kreatininin zərdabda konsentrasiya göstəricisi >265mmol/l (3mq/100ml)) xəstələrə, böyrək köçürülməsindən sonrakı vəziyyətdə, qaraciyər pozğunluğu olan, ilkin hiperaldosteronizm, porfiriyadan əziyyət çəkən xəstələrə, hamiləlik (xüsusilə ikinci və üçüncü üçaylıqda), laktasiya dövründə olanlara və uşaqlara təyin etmək olmaz.

Qəbul qaydaları və dozaları
Preparatın dozasını və müalicənin müddətini həkim müəyyən etməlidir.

Preparatın adi dozası gündə 1-2 həbdir.

Preparatın dozasını xəstənin müalicəyə fərdi reaksiyasından asılı olaraq tənzimləmək lazımdır. Arterial hipertenziyanın müalicəsi heç vaxt qəti müəyyən edilmiş kombinasiya ilə başlamamalıdır.

Qəti müəyyən edilmiş kombinasiya ilə müalicəyə başlamazdan əvvəl ayrıca fəal komponentlərin müvafiq dozasını müəyyən etmək lazımdır. Əgər arzu edilən təsir alınmazsa, o zaman sutkalıq dozanı artırmaq olar.

Əgər xəstə artıq diuretiklər alırsa, müalicəni ləğv etmək və ya arterial təzyiqin birdən düşməsinin qarşısını almaq üçün Enap-HL ilə müalicəyə başlamazdan 2-3 əvvəl diuretiklərin dozasını azaltmaq lazımdır. Müalicəyə başlamazdan əvvəl böyrəklərin funksiyasını yoxlamaq lazımdır.
Müalicənin müddətində məhdudiyyət yoxdur.


Enap-HL preparatının 1 həbinin tərkibində 10 mq enalapril maleat və 12,5 mq hidroxlortiazid var.

Yardımçı maddələr: laktoza, qarğıdalı nişastası, kalsium hidrogensulfat, talk, natrium hidrogenkarbonat, maqnezium stearat.