Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VOZOLİP GENERİKON 20 MG

12.41 AZN
N30 TABLETKA

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Hiperxolesterinemiya;

-  Birincili hiperxolesterinemiya ;

-  Kombinəolunmuş hiperlipidemiya;

-  Homoziqot irsi hiperxolesterinemiyada digər hipolipidemik müalicələrə əlavə kimi və ya bu müalicəni aparmaq mümkün olmadıqda;

-  Ürək-damar xəstəliklərinin profilaktikası;



ƏKS GÖSTƏRİŞLƏR:

-  Atorvastatinə və ya preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq;

-  Qaraciyərin aktiv xəstəlikləri və ya qan zərdabında transaminazaların fəallığının izah olunmayan davamlı artımı;

-  Hamiləlik və laktasiya dövrü;

-  18 yaşa kimi yaş dövrü.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Qəbuluna başlamazdan əvvəl xəstələrə standart xolesterinazaldıcı pəhriz məsləhət olunmalı və bu pəhriz müalicə müddətində davam etdirilməlidir. Fərdi dozanın seçimi müvafiq olaraq ASLP-X-nin ilkin səviyyəsinə, terapiyanın məqsədinə və xəstənin reaksiyasına əsasən aparılmalıdır. Qida qəbulundan asılı olmayaraq günün istənilən vaxtında qəbul edilir. Gündə 1 dəfə olmaqla 10 mq-dan 80 mq-a kimi dəyişir. Maksimal doza gündə bir dəfə 80 mq. Birincili hiperxolesterinemiya  və qarışıq hiperlipidemiya başlanğıc doza gündə bir dəfə 10 mq təşkil edir. Homoziqot irsi hiperxolesterinemiyada doza gündə 1 dəfə 10-80 mq təşkil edir. Ürək-damar xəstəliklərinin profilaktikasında gündə 1 dəfə 10 mq təşkil edir.


SAXLANMA ŞƏRAİTİ: 

Xüsusi saxlanma şəraiti tələb etmir,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Resept əsasında buraxılır
 


20 mq

Təsiredici maddə: xətt örtüklü tabletin tərkibində 20 mq atorvastatinə ekvivalent olan 20,72 mq atorvastatin kalsium vardır.

Köməkçi maddələr: mannitol 60, mikrokristallik sellüloza, poliplasdon XL, susuz natrium karbonat, povidon L-metionin, maqnezium-stearat.

Örtük:ağ opadray 03F28446