İNHALİPT
İstifadəsinə göstərişlər:
tonzilitlər,faringitlər,laringitlər,aftoz və xoralı stomatitlər,ağız boşluğunun selikli qişasının digər pataloji iltihabi prosesləri .
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
2 yaşdan böyük uşaqlara və böyüklərə ağız boşluğunun selikli qişasına püskürtmə şəklində yerli təyin olunur.Taxmanı ağız boşluğuna yerləşdirib,püskürdücüyə 3-4 dəfə basıb,maye axınınını işlənməli sahəyə yönləndirilir.
Püskürtmə gündə 4-5 dəfə,yeməkdən 2-3 saat sonra və qidaarası fasilə zamanı istifadə edilir.Müalicə kursu 3-10 gün təşkil edir.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Təsiredici maddə:1 flakonda 0,5 q həll olan streptosid 0,5 q natrium norsulfazol 0,01 q timol,0,01 q evkalipt yağı, 0,01 q istiotlu nanə yağı vardır.
Köməkçi maddələr:etil spirti ,şəkər,qliserin,tvin-80,təmizlənmiş su.