Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BiFiDUMBAKTERiN

3.00 AZN
BiFiDUMBAKTERiN
İstifadəsinə göstərişlər:
Mədə-bağırsaq traktının xəstəlikləri zamanı;

-mənşəyi məlum olmayan uzunmüddətli bağırsaq disfunksiyalarının müalicəsi üçün;

-kəskin bağırsaq infeksiyaları zamanı (kəskin dizinteriyanın, salmonellyozun, eşerixiozun, virus diareyasının və b.k. xəstəliklərin kompleks müalicəsində), stafilok mənşəli uzunmüddətli bağırsaq disfunksiyaları, həmçinin kəskin bağırsaq infeksiyalarından sonra uzun müddət davam edən bağırsaq disfunksiyasının zamanı rekonvalessentlərin müalicəsi üçün;

-pnevmaniyası, sepsis və digər irinli-infeksion xəstəlikləri olan uşaqların kompleks müalicəsində, onlarda bağırsaq funksiyalarının pozğunluğunun profilaktikası və aradan qaldırılması və xoralı-nekrotik enterokolitin inkişafının qarşısının alınması üçün.

Mama-ginekoloji praktikada:

-doğum evlərində ağırlaşmış epidemioloji situasiyalarda mastitin proflaktikası məqsədi ilə ‘‘risk’’ qrupuna daxil olan südəmər uşaqlı anaların vəzilərinin işlənməsi üçün (dartılmış yastı olan qadınlarda, onun ereksiyasının azalması zamanı çat olduqda)

-‘‘risk’’ qurupuna daxil olan hamilə qadınlarda vaginal sekretin təmizliyinin 3-cü-4cü dərəcəyə qədər pozulması zamanı;

-stafilokok və bağırsaq çöpləri (monoflorda və assosiasiyalarda) tərəfindən törədilən bakterialo kolpitlərdə həmçinin hormol mənşəli senil kolpitlərdə.

Əks göstərişlər:
Bifidum-bakterin üçün əks göstərişlər müəyyən edilməmişdir.

Preparatın bir dozasının tərkibində ən azı 10 canlı bifidobakteriya vardır.