Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BABYXOL

16.50 AZN
BABYXOL
Göstərişlər:

-Öd çıxarıcı yolların hipokinetik tipli diskineziyaları;

-Xroniki qeyri-kalkulyoz xolesistitlər;

-Xroniki hepatitlər;

-Qaraciyər sirrozu;

-Xroniki nefrit və pielonefrit;

-Dispepsiya;

-Lyamblioz;

-Böyrək çatışmazlığının kompleks müalicəsi.

Əks göstərişlər:

-Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

0-1  yaş -0,3-0,5 ml 1 çay qaşığı suda həll edilərək gündə 3 dəfə 20 dq. Yeməkdən əvvəl qəbul edilir.

1-5 yaş 0,5-1ml  1 xörək qaşığı suda həll edirik gündə 3 dəfə 20 dq. Yeməkdən əvvəl qəbul edilir.

5-12 yaş 2-3 ml 1 xörək qaşı suda həll edirik gündə 3 dəfə 20 dq. Yeməkdən əvvəl qəbul edilir.

12 yaş və böyüklərdə- 5 ml gündə 3 dəfə 20 dq. Yeməkdən əvvəl qəbul edilir.

100 ml siropun tərkibində:

Aktiv maddə: tikanlı ənginarın quru ekstraktı-20 q

Köməkçi maddə: təmizlənmiş su, şəkər, sorbitol, qliserin, ksantan qam, qum arabik, hidroksietil sellüloza, kalium sorbat, natrium benzoat, limon

turşusu, kalsium asetat, çiyələk dadlandırıcısı.