Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

CARDİONOR NORMON 10 MG

4.61 AZN
CARDİONOR NORMON 10 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Kardionor NORMON yüksək qan təzyiqinin ( hipertenziyanın ) və ya sinədə stenokardiya adlanan müəyyən tip

ağrının, stenokardiyanın nadir forması olan Prinsmetal variantının ( Prinsmetal stenokardiyası ) müalicəsi üçün

istifadə olunur.

Yüksək təzyiqi olan pasiyentlərdə bu dərman qan damarlarını genişləndirir və beləliklə qanın damarlardan

keçməsi asanlaşır. Stenokardiyası olan pasiyentlərdə Kardionor NORMON ürək əzələsinin qan təchizatını

yaxşılaşdırır və nəticədə ürəyə daha çox oksigen daxil olur və sinədə ağrının qarşısı alınır. Bu dərman

stenokardiya nəticəsində baş verən ağrının dərhal aradan qaldırılmasını təmin etmir.


ƏKS GÖSTƏRİŞLƏR:

-  əgər sizdə amlodipinə və ya bu preparatın 6-cı bölmədə sadalanan digər komponentlərindən hər hansı birinə

və ya kalsiumun digər antaqonistlərinə qarşı allergiya ( yüksək həssaslıq ) varsa. Bu zaman dəridə səpgi,

qızartı və ya tənəffüsün çətinləşməsi baş verə bilər;

-  əgər sizin qan təzyiqiniz çox aşağıdırsa ( hipotenziya );

-  əgər sizdə ürəyinizin aorta qapağında daralma ( aortal stenoz ) və ya kardiogen şok varsa ( bu elə

vəziyyətdir ki, bu zaman ürək orqanizmi kifayət qədər qanla təchiz edə bilmir ) əgər siz infraktdan sonra ürək

çatışmazlığından əziyyət çəkirisinizsə.

UŞAQ VƏ YENİYETMƏLƏRDƏ İSTİFADƏSİ:

Kardionor NORMON 6 yaşa qədər uşaqlarda tətqiq edilməmişdir. Kardionor NORMON hipertenziyanın müalicəsi

üçün uşaqlarda və yeniyetmələrdə yalnız 6 yaşdan 17 yaşa kimi istifadə olunmalıdır. Daha ətraflı məlumat

həkiminizə müraciət edin.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Bu dərmanı dəqiq olaraq həkiminizin və ya əczaçınızı sizə söylədiyi kimi qəbul edin. Əgər nəyəsə əmin

deyilsinizsə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Kardionor NORMON-ın adi başlanğıc dozası gündə 1 dəfə 5 mq-dır. Bu doza gündə 10 mq-a qaldıra bilər. Bu

preparat qida və içliklərdən əvvəl və ya sonra qəbul edilə bilər. Siz dərmanınızı hər gün eyni vaxtda bir stəkan

su ilə içməlisiniz. Kardionor NORMON-u qreyfrut şirəsi ilə qəbul etməyin

UŞAQ VƏ YENİYETMƏLƏRDƏ DOZA:

Uşaq və yeniyetmələr ( 6-17 yaş ) üçün tövsiyə edilən adi başlanğıc doza gündə 2,5 mq-dır. Maksimal tövsiyə

olunan doza gündə 5 mq. Hazırda 2,5 q dozada Amlodipin əldə etmək mümkün deyil və 5 mq-lıq Amlodipini

yarı bölməklə 2,5 mq almaq da mümkün deyil, çünki bu tabletlər iki bərabər hissəyə bölünmək üçün istehsal

edilmir.

Tabletlərin qəbulunu davam etdirmək lazımdır. Həkiminizlə göruşənə qədər gözləməyin ki, tabletləriniz

qurtarsın.

DOZA HƏDDİNİN AŞILMASI:

Həddindən artıq çox tabletin qəbul edilməsi qan təzyiqin təhlükəli dərəcədə aşağı düşməsinə səbəb ola bilər.

Sizdə başgicəllənmə və zəiflik yarana bilər. Əgər qan təzyiqinin aşağı düşməsi kifayət qədər ağır olarsa, şok

baş verə bilər. Dəriniz soyuya və kövrəkləşə bilər, siz huşunuzu itirə bilərsiniz.

Əgər lazım olduğundan artıq Kordionor NORMON tabletləri qəbul etmisinizsə, dərhal tibbi yardım üçün müraciət

edin.

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq amlodipin bezilat vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, kalisum-hidrofosfat anhidrat, A tipli natrium nişasta qlikolyatı,

maqnezium-stearat
.