Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

COLİSPAS

13.20 AZN
COLİSPAS
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Colispas unikal tərkibə malik kombinə olunmuş qaz qovucu preparatdır.

Simetikon – qaz qovucu təsirə malikdir: bağırsaqlarda toplanan qaz qabarcıqlarının səthi gərilməsini

dəyişməklə onları parçalıyır və əmələ gəlməsini azaldır. Ayrılan qazların bir hissəsi bağırsaq divarı tərəfindən

sorulur, qalan hissəsi isə bağırsağın peristaltikası hesabına təbii yolla orqanizmdən xaric olunur. Nəticədə

bağırsaqlarda qazın ümumi miqdarı azalır.

Darçının efir yağı – darçın bitkisi ürəkbulanmanı, köpü aradan qaldırmaqla həzmi asanlaşdırır. Eləcə də

antiseptik, vetreqon, stimullaşdırıcı və bürüyücü təsirə malikdir.

Hill toxumu yağı – hilli köpü, mədə bağırsaq pozğunluqlarını aradan qaldırır, spazmaəleyhinə, tonusu

stimullaşdıran, mədə funksiyasını aktivləşdirici, vetroqon, bəlğəmgətirici təsirə malikdir.

GÖSTƏRİŞLƏR:

-  Mədə-bağırsaq spazmları;

-  Sancışəkilli köp və qaz qabarıcıqları zamanı;

-  Meteorizm;

-  Diareya;

-  Ürəkbulanma, qusma;

-  Gəyirmə, hıçqırıq.

İSTİFADƏ QAYDASI:

Körpələr:

0-2 ay: 2.5 ml gündə 3 dəfə;

2 ay – 1 yaş: 5 ml gündə 3 dəfə;

Uşaqlar:

1-2 yaş arası: 10 ml gündə 3 dəfə;

2 yaşdan yuxarı: 15 ml gündə 3 dəfə.
 

5 ml siropun tərkibində aktiv maddələr:

Simetikon – 40 mq;

Şüyüd toxumu yağı – 2,5 mkl;

Mixək gülünün efir yağı – 0,5 mkl;

Zirə toxumu yağı – 0,025 mkl;

Hill toxumu yağı – 0,02 mkl;

Darçının efir yağı – 0,015 mkl.

Köməkçi maddələr: təmizlənmiş su, Polisorbat 80, polisorbat 20, kalium sorbat, natrium benzoat, limon turşusu

monohidrat, natrium saxarin, albalı dadlandırıcısı.