Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VALSAKOR HD 160 VALSACOR

10.70 AZN
VALSAKOR HD 160 VALSACOR
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Arterial hipertenziyanın müalicəsi.

Valsakor arterial təzyiqə tək valsartanın və ya tək hidroxlorotiazidin qəbulu ilə optimal nəzarəti  təmin etməyin

mümkün olmadığı xəstələrə göstərişdir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Zərdabın elektrolitlərinin dəyişilməsi:Eyni vaxtda kalium əlavələri,kaliumqoruyucu diuretiklər,kaliumtərkibli

duzlar və ya qanda kaliumun səviyyəsini artıra bilən digər preparatları ehtiyatla qəbul etmək lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Valsakorun tövsiyə olunan dozası gündə bir tablet təşkil edir.

Valsakor H 80 arterial təzyiqə valsartanla və ya hidroxlortiazidlə monoterapiya vasitəsilə optimal nəzarət etmək

mümkün olmayan xəstələrdə istifadə edilə bilər.

Valsakor H 160 arterial təzyiqi 160mq valsartanla monoyerapiya vasitəsilə optimal nəzarət etmək mümkün

olmayan xəstələrdə istifadə edilə bilər.

Klinik ehtiyac olduqda monoterapiyadan fiksə olunmuş dozaların kombinasiyasına birbaşa keçmək olar.

Valsakor H 80 və Valsakor H 160 mq preparatlarının maksimal antihipertenziv effekti 2-4 həftə ərzində inkişaf

edir.

ƏLAVƏ TƏSİRLƏR:

Kliniki sınaqlar zamanı qeydə alınmış və bəzi məlumatlar zamanı xəbər verilmiş Valsartan və hidroxlorotiazid

kombinasiyasını qəbul etdikdə plasebo qəbulu zamanı olduğundan daha tez-tez inkişaf edən arzuolunmaz

effektlər aşağıda sadalanır və orqan və sistemlər üzrə paylanmışdır.Tərkibi komponentlərindən hər birini

ayrılıqda qəbul edən zaman əmələ gələn,lakin kliniki sınaqlar zamanı qeydə alınmayan arzuolunmaz effektlər

Valsakorla terapiya zamanı inkişaf edə bilər.

DOZA HƏDDİNİN AŞILMASI:

Valsakorla doza həddinin aşılması təcrübəsi yoxdur.Valsartanın doza həddinin aşılması ən tez-tez rast gəlinən

simptomu güclü hipotenziya və başgicəllənmədir.Hidroxlorotiazidin doza həddinin aşılmasının əlamət və

simptomları ürəkbulanma,yuxululuq,hipovolemiya və ürək aritmiyaları və əzələlərin spazmı ilə müşayiət olunan

elektrolit pozğunluqlarıdır.

Təsiredici maddə:Hər bir örtüklü Valsakor H 80 mq valsartan və 12,5mq hidroxlorotiazid;Valsakor H 160

tabletinin tərkibində 160mq valsartan və 12,5mq hidroxlorotiazid:Valsakor HD 160 tabletinin tərkibində 160mq

valsartan və 25mq hidroxlorotiazid vardır.

Köməkçı maddələr:Laktoza monohidrat,mikrokristallik sellüloza,natrium kroskarmelloza,povidon,maqnezium

stearat,kolloidal silisium 4-oksid.

Örtük:hipromelloza,titan dioksid(E171),makroqol 4000,dəmir oksid boyaq maddəsi(E172).