Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BRAVADİN

21.44 AZN
BRAVADİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Stabil stenokardiya

Sinus ritmi normal olan yetkin xəstələrdə sabit stenokardiyanın müalicəsi :

·  Beta – adrenoblokatorlara qarşı həssaslıq və ya onların istifadəsinə qarşı əks göstərişlərin olması :

·  Beta – adrenoblokatorun optimal dozası fonunda sabit stenokardiyaya qeyri – qənaətbəxş nəzarət zamanı beta –

adrenoblokatorlarla kombinasiyada.

ƏKS GÖSTƏRİŞLƏR :

·  İvabradinə və ya preparatın hər hansı köməkçi maddələrindən birinə qarşı yüksək həssaslıq.

·  Bradikardiya

·  Kardiogen şok

·  Kəskin miokard infarktı

·  Ağır arterial hipotenziya

·  Ağır qaraciyər çatışmazlığı

·  Sinus düyünün zəifliyi sindromu

·  Sinoartial blokada

·  Hamiləlik və laktasiya dövrü

·  18 – dən aşağı yaş

 İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə , sutkada iki dəfə , qida qəbulu zamanı.

Sabit stenokardiya

Tövsiyə edilən başlanğıc dozası sutkada 10 mq təşkil edir.

Müalicənin 3 – 4 həftəsindən sonra terapiya effektindən asılı olaraq doza sutkada 15 mq – dək

Bravadin preparatından istifadə zamanı ÜVT hərəkətsiz vəziyyətdə 50vur/dəq – dən aşağı düşərsə və ya xəstədə bradikardiya

ilə bağlı simptomlar yaranarsa bravadin preparatının dozasını sutkada iki dəfə olmaqla 2.5 mq – dək azaltmaq olar.

ƏLAVƏ TƏSİRLƏRİ :

İvabradindən istifadə təxminən 14000 xəstənin iştirak etdiyi kliniki tədqiqatlarda araşdırılmışdır.Əksər hallarda əlavə təsirlər

dozadan asılı xarakter daşıdığı və ivabradinin təsir mexanizmi ilə əlaqəli olduğu müşahidə olunmuşdur.

Görmə orqanında pozuntu halları :

Çox tez – tez : işığın qavranmasında pozuntular

Tez – tez : bulanıq görmə

Eşitmə qabiliyyətində pozuntular və qulağın labirintində pozuntular :

Bəzi hallarda : vertiqo

Ürək və damarlarda pozuntular :

Tez – tez : qeyri – sabit AT , bradikardiya , ı dərəcəli AV – blokada , mədəcik ekstrasistoliyası :

Bəzi hallarda : ürəyin çırpınması , mədəciküstü ekstrasistoliya , bradikardiya ilə də bağlı olan aşağı AT :

Çox nadir hallarda : ürək qulaqcıqlarının fibrilyasiyası , ıı və ııı dərəcəli AV blokada , sinus düyününün zəifliyi sindromu

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları :

Bravadin preparatının doza həddinin aşılması ağır və uzun sürən bradikardiyaya gətirib çıxara bilər.

Müalicəsi :

Ağır bradikardiyanın müalicəsi simptomatik aparılmalı və xüsusiləşdirilmiş stasionar şəraitlərdə həyata keçirilməlidir.
 

Təsiredici maddə : 1 tabletin tərkibində 5 mq ivabradin vardır.

Köməkçi maddələr : laktoza monohidrat , qarğıdalı nişastası , maltodekstrin , hipromelloza , kolloidal susuz silisium dioksid ,

maqnezium stearat.