Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TİOTRİAZOLİN

14.23 AZN
TİOTRİAZOLİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Ürəyin işemik xəstəliyinin kompleks müalicəsində : stenokardiya , miokard infarktı , postinfarktkardioskleroz : ürək aritmiyasının

terapiyasında əlavə vasitə kimi.

Xroniki hepatitin kompleks müalicəsində , alkoqol hepatiti , fibroz və qaraciyərin sirrozu.

ƏKS GÖSTƏRİŞLƏR :

Tiotriazolinə qarşı yüksək həssaslıq :

Kəskin böyrək çatışmazlığı.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə kifayət qədər istifadə təcrübəsi yoxdur.

Uşaqlar

Uşaqlarda kifayət qədər istifadə təcrübəsi yoxdur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklərdə xroniki hepatit zamanı prosesin ifadə olunmuş aktivliyi və kəskin miokard infarktı zamanı ilk 5 gün ərzində

Tiotriazolinin 25 mq/ml məhlulu gündə 2 – 3 dəfə hər dəfə 2 ml əzələ daxilinə və ya vena daxilinə tədricən dəqiqədə 2 ml

sürətlə 25 mq/ml məhlulundan 4 ml gündə 1 dəfə və ya damcı şəklində dəqiqədə 20 – 30 damcı sürətlə yeridilir.Xəstəliyin 5 –

ci günündən 20 – ci gününədək Tiotriazolin tablet şəklində təyin olunur.

Qaraciyər sirrozu zamanı müalicə kursu 60 gün təşkil edir.Müalicə 25 mq/ml məhlulundan 5 gün ərzində gündə 3 dəfə hər dəfə

2 ml əzələ daxilinə yeridilməklə başlanır , sonra müalicə tabltlərlə davam etdirilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur.Yüksək həssaslığa malik xəstələrdə nadir hallarda allergik reaksiyalar

meydana çıxa bilər :

Qaşınma, dərinin hiperimiyası,hərarət, səpgilər :

Fərdi hallarda digər dərmanların qəbulu fonunda övrəvə angionevrotik ödem , bir halda anafilaktik şokun meydana çıxması

qeyd edilmişdir

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması zamanı sidiyin tərkibində natrium və kaliumun qatılığı artır.Belə hallarda preparat ləğv

edilir.Simptomatik müalicə aparılır

Təsiredici maddə : məhlulun tərkibində 100 % maddəyə nəzərən 25 mq tiotriazolin vardır.

Köməkçi maddələr : inyeksiya üçün su