Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KOFEİN BENZOAT NATRİUM DARNİTSA

1.26 AZN
KOFEİN BENZOAT NATRİUM DARNİTSA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Mərkəzi sinir sisteminin və ürək – damar sisteminin fəaliyyətinin ləngiməsi ilə müşayiət olunan infeksion və digər xəstəliklər :

tənəffüsün zəifləməsi, asfiksiya : narkotiklərlə və mərkəzi sinir sistemini zəiflədən digər maddələrlə zəhərlənmə : astenik

sindrom : baş beyin damarlarının spazmı.

ƏKS GÖSTƏRİŞLƏR :

Ksantin törəmələrinə və preparatın digər törəmələrinə qarşı yüksək həssaslıq : yüksək oyanıqlıq : arterial təzyiqin

nəzərəçarpan artması : ateroskleroz : ürək – damar sisteminin üzvi xəstəlikləri, o cümlədən kəskin miokard infarktı :

paroksizmal  taxikardiya : arterial hipertenziya : qlaukoma : 60 yaşdan yuxarı yaş dövrü.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Preparat hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.

UŞAQLAR :

12 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklərə preparat dəri altına 100 – 200 mq 1 dozada təyin olunur.

Birdəfəlik yüksək doza 400 mq, maksimal sutkalıq doza – 1 q.

12 yaşdan böyük uşaqlara preparat dəri altına 25 – 100 mq dozada yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Sinir sisteminə : oyanıqlıq, həyəcan, tremor, narahatçılıq, yuxusuzluq, baş ağrısı, başgicəllənmə, epileptik tutmalar, reflekslərin

güclənməsi, taxipnoye.

Uzunmüddətli istifadədən sonra preparat qəflətən ləğv olunduqda – mərkəzi sinir sisteminə təsirin güclənməsi, yüksəlmiş

yorğunluq, yuxululuq, əzələgərginliyi, depressiya.

Ürək – damar siseminə : ürəkdöyünmə hissi, döş qəfəsində sıxılma hissi, taxikardiya, aritmiyalar, yüksək arterial təzyiq.

Digər : sidik ifrazı tezliyinin artması, burun tutulması, uzun müddətli istifadə zamanı – vərdiş etmə, dərman asılılığı.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomlar : həyəcan, oyanıqlıq, hərəki narahatçılıq, ajitasiya, tremor və əzələlərin qeyri – iradi hərəkətləri, epileptik tutmalar

hipersteziya, səyrici skotoma, qulaqlarda küy, baş aörısı, yuxusuzluq, huşun pozulması, sayıqlama, deliriy, taxikardiya,

aritmiya, hipertermiya, tezləşmiş sidik ifrazı, susuzlaşma, üeəkbulanma, qusma, bəzən qan ilə.

Müalicə : ağciyərlərin ventilyasiyasının, oksigenasiyanın qorunması, maye və dizların balansının saxlanması, hemodializ,

epileptik tutmalar zamanı – venadaxilinə diazepam, fenobarbital və ya fenitoin.

Təsiredici maddə : 1 ml məhlulun tərkibində 100 mq kofein – benzoat natrium vardır.

Köməkçi maddələr : natrium hidroksid, inyeksiya üçün su.