Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DEVITOR

10.50 AZN

30ML

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Aşağıda qeyd olunan xəstəlik və halları kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

-          D vitamini defisiti ( profilaktika və müalicə );

-          Raxit və raxitəbənzər xəstəliklər;

-          Hipokalsiemiya, hipokalsiemik tetaniya, metabolik osteopatiyalar ( hipoparatireoz, psevdohipoparatiereoz ), osteomalyasiya ( profilaktika və müalicə ), osteoparozun kompleks müalicəsi ( həmçinin, postmenopauza dövründə ).

 

ƏKS GÖSTƏRİŞLƏR:

Məhsulun tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Vaxtından əvvəl doğulmuş, vaxtında doğulmuş, əkiz və 4 yaşına qədər olan uşaqlara 1 damcı gündə 1 dəfə. 4-14 yaş arası uşaqlar 3 damcı gündə 1 dəfə. 14 yaşından yuxarı uşaqlar və böyüklərdə D vitamini çatışmamazlığının ağırlıq dərəcəsindən asılı olaraq 4-6 damcı gündə bir dəfə.

Postmenopauza zamanı osteoparozun profilaktikası üçün 4-6 damcı gündə 1 dəfə təyin edilir.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Məsləhət görülən dozalarda əlavə təsirlərlə rast gəlinmir. D vitamini hipervitaminozu simptomları: baş ağrısı, oynaq ağrıları, ağızda quruluq, psixi pozğunluq, hiperkalsiemiya, iştahanın itməsi, ürəkbulanma, qusma, qəbizlik. D vitamininin hipervitaminozu müşahidə olunduğu hallarda məhsulun istifadəsi dayandırılmalı, kalsium orqanizmə daxil olması məhdudlaşdırılmalı. A, C və B qrupu vitaminləri təyin olunmamalıdır.

Bir damcıda:

Vitamin D3 – 100 BV;

Köməkçi maddələr: Dieonizə edilmiş su, şəkər, qliserin, kollifor RH-40, banan dadlandırıcısı, limon turşusu, natrium benzoat, kalium sorbat.