Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BUDEREN

21.37 AZN

10ML

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Mövsüm və ilboyu müşahidə olunan allergik rinitlərin profilaktikası və müalicəsi. Burun daxili poliplərin müalicəsi və profilaktikası.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

İntranazal təyin edilir. İstifadə etməzdən öncə çalxalanmalıdır. Allergik rinitin profilaktikası və müalicəsi zamanı:

-          Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: sutkada 1 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə 2 püskürtmə olmaqla ( sutkalıq doza 400 mkq ); və yaxud sutkada 2 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə və axşam hər bir burun dəliyinə 1 püskürtmə olmaqla ( sutkalıq doza 400 mkq );

-          6-11 yaşlı uşaqlara: sutkada 1 dəfə, səhər vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə olmaqla ( sutkalıq doza 200 mkq ) təyin edilir. Müalicə müddətini həkim təyin edir;

-          Burun poliplərinin müalicə və profilaktikasında: sutkada 2 dəfə, səhər və axşam vaxtı, hər bir burun dəliyinə 1 püskürtmə olmaqla ( sutkalıq doza 400 mkq ) təyin edilir. Müalicə müddəti 3 aya qədərdir. Maksimal sutkalıq doza 400 mkq-dır ( gündə 2 dəfə hər burun dəliyinə 2 püskürtmə );

-          İstifadə etdikdən sonra flakonun nazal başlığını salfet və ya dəsmal ilə qurudun və qoruyucu başlıqla bağlayın.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın hər hansı komponentinə qarşı həssaslıq olduqda. Tənəffüs yollarının virus, bakteria və göbələk mənşəli infeksion xəstəliklərində. Ağciyər vərəmində.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Dəri səpgiləri, sifətin, dilin və udlağın ödemləşməsi, allergik reaksiyalar, asqırma, burunda quruluq hissi və qıcıqlanma hissi. Nadir hallarda: adrenal supressiya və boy artımının gecikməsi daxil olmaqla, sistemli kortikosteroid təsirlərinin yaranması. Tez-tez: qanlı ifrazat və burundan qanın gəlməsi. Çox nadir hallarda: selikli membranın xoralşması.

Təsiredici maddə: budesonide 2 mq.

Köməkçi maddələr: mikrokristallik selluloza, karmelloza natrium, susuz qlukoza, karmelloza natrium, susuz qlukoza, polisorbat 80, dinatrium edetat, kalium sorbat, xlorid turşusu, təmizlənmiş su.