Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NONEVRİT

20.80 AZN

Tünd rəngli şüşə flakonda sirop.

GÖSTƏRİŞLƏRİ:

-          Kəskin və xroniki beyin qan dövranı pozğunluqları, üzvi serebrovaskulyar çatışmamazlıq;

-          Koqnitiv pozğunluqlar və yaddaş zəifliyi ilə müşayiət olunan xəstəliklər;

-          Psixoemosional pozğunluqlar: qorxu, həyacan, depressiya, yuxu pozğunluqları və s.;

-          Yenidoğulmuşların hipoksik-işemik ensefalopatiyası, uşaq serebral iflici sinii;

-          Kəllə sinirlərinin zədələnməsi, kəllə-beyin travmaları;

-          Sinir kökləri və sinir kələflərinin zədələnməsi;

-          Müxtəlif mənşəli polineyropatiyalar;

-          Görmə sinirinin atrofiyası, retinopatiyalar, qlakuomanın kompleks müalicəsi, çəpgözlük;

-          Kəmərləyici dəmrov;

-          Yenidoğulmuşların sarılığı.

 

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın tərkib hissəsinə qarşı hiperhəssaslıq.

 

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Aşkar olunmayıb.

 

İSTİFADƏ QAYDASI:

Preparat qidadan asılı olmayaraq daxilə qəbul edilir. Yuxu pozulmaları zamanı yatmazdan 30 dəq öncə qəbul edilir.

0-3 yaş, sutkada 2,5 ml – 1 dəfə;

3-6 yaş, sutkada 2,5 ml – 2 dəfə;

6-12 yaş, yuxarı və böyüklərdə, 5ml sutkada 2 dəfə.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda reaksiya.

 

DOZANIN HƏDDİNİN AŞILMASI:

Əlavə təsirlərinin güclənməsi müşahidə olunur.

5 ml siropun tərkibində:

Uridine – 100 mg;

Sitidine – 100 mg;

Vitaminum B12 – 100 mg;

Zincum – 5 mg.