Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KSEFOKAM 8 MG

5.72 AZN

Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər uzunsov formalı, plyonka örtüklü, üzərində "L04" və "L08" basma yazısı olan tabletlər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Müxtəlif mənşəli ağrı sindromunun qısamüddətli müalicəsi. Simptomatik müalicə: ankilozlaşan spondilit, podaqranın kəskinləşməsi zamanı oynaq sindromu, yumşaq toxumaların revmatik zədələnməsi.


ƏKS GÖSTƏRİŞLƏR:

- lornoksikamma və ya preparatın istənilən tərkib komponentinə qarşı həssaslığın artması/allergiya;

- bronxial astma, burun və ya burunətrafı ciblərin residivverənj polipozu və asetilsalisil turşusu və digər QSİƏP-ə qarşı dözümsüzlüyün tam və ya qismən birlikdə rast gəlməsi;

- aortokoronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr;

- residivləşən mədə xorası və ya MBT qanaxmaları;

- dekompensə olunmuş ürək çatışmamazlığı;

- hamiləlik və laktasiya dövrü;

- 18 yaşdan kiçik uşaqlar, bu yaş qrupunda kliniki təcrübənin olmaması səbəbindən.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə qəbul olunur: güclü ağrı sindromu zamanı tövsiyə olunan doza 2-3 qəbula bölünmüş 8-16 mq/gün-dür. Maksimal gündəlik doza 16 mq-dır.


ƏLAVƏ TƏSİRLƏRİ:

Mərkəzi sinir sisteminə: başgicəllənmə, baş ağrısı, yuxululuq, yuxunun pozulması, depressiya, titrəmə;

Dəridə və dərialtı hüceyrə toxuması tərəfindən: ödem sindromu, dəridə səpgilər, övrə, taxikardiya, bronxospazm;

Sidik-ifrazat sisteminə: dizuriya, papilyar nekroz, kəskin böyrək çatışmamazlığında nefrotik sindrom;

Hiss orqanlarında: qulaqlarda küy, görmənin pozulması;

Ürək-damar sisteminə: ürək çatışmamazlığının inkişafı və ya dərinləşməsi, taxikardiya, arterial təzyigin yüksəlməsi.


DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: Ksefokam yuxarıda sadalanan əlavə təsirlərinin güclənməsi mümkündür.

müalicəsi: simptomatikdir.

Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq və 8 mq lornoksikam vardır.

Köməkçi maddələr: maqnezium stearat, povidon, natrium kroskarmelloza, sellüloza, laktoza.