Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

XELI PIKO

7.27 AZN

Qatı sarımtıl-qəhvəyi mayedir. Mayenin bulanması və asılı hissəciklərin yaranması mümkündür.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: 

Bəlğəmli öskürək zamanı bəlğəmgətirici kimi istifadə edilir.


ƏKS GÖSTƏRİŞLƏR:

Təsiredici maddəyə və ya Araliaceae fəsiləsinə mənsub bitkilərə, həmçinin köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq reaksiyası.

2 yaşdan aşağı uşaqlarda istifadəsi.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Helipiko preparatını həkimin tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır. Nəyəsə əminlik olmazsa, həkimlə məsləhətləşmək lazımdır. 

Daxilə qəbul edilir.

Dozası: yeniyetmələr, böyüklər və ahıl yaşlı insanlar. Gündə 1-3 dəfə 5 ml şərbət.

6-12 yaşlı uşaqlar: gündə 2-3 dəfə 2,5 ml şərbət.

2-5 yaşlı uşaqlar: gündə 2-3 dəfə 1,6 ml şərbət.

2 yaşdan aşağı uşaqların müalicəsi üçün əks göstərişdir.


DOZA HƏDDİNİN AŞILMASI:

Preparatı təyin edildiyindən artıq dozada qəbul etdikdə, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Simptomları: doza həddinin aşılması ürəkbulanma, qusma, diareya və həyəcan hissi törədə bilər.

Müalicəsi: doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaqla, pasiyentin vəziyyətinə ciddi nəzarət etmək lazımdır.

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 27,78 mq sarmaşıq yarpaqlarının quru ekstraktı vardır.

Köməkçi maddələr: propilenqlikol, kalium sorbat, kristallaşmayan duru sorbitol, limon turşusu monohidrat, ksantan kitrəsi, anis aromatizatoru, makroqol qliserolhidroksistearat, təmizlənmiş su.