Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KALSIY QLUKONAT 5 ML

2.50 AZN

Şəffaf rəngsiz mayedir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- qalxanvarı ətraf vəzilərin funksional çatışmazlığı;

- orqanizmdən kalsiumun xaric olmamasının artması;

- allergik xəstəliklər və dərman müalicəsindən allergik ağırlaşmalar zamanı köməkçi vasitə kimi;

- nefrit;

- eklampsiya;

- dəri xəstəlikləri;

- hemostatik.


ƏKS GÖSTƏRİŞLƏR:

Ampulun şüşəsindəki alüminium oksid qlükonatla yuyula bilər, buna görə də xüsusən böyrəklərin funksional pozğunluğu olanlarda və uşaqlarda alüminium xəstələrə təsirini qarşısını almaq məqsədilə tam parenteral qidalanmaya hazırlıq üçün kalsium qlükonatdan istifadə etmək məsləhət görülmür.

Aşağıdakı hallarda kalsium qlükonat seftriaksonla birgə yeritmək olmaz:

- 41 həftəliyə korrektə olunana qədər vaxtından əvvəl diğulmuşlara;

- həll olmayan seftriakson-kalsium əmələ gəlmə riski səbəbindən vaxtında doğulan yendioğulmuşlara.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Venadaxili və əzələdaxili istifadə edilir. Böyüklərə və 14 yaşdan böyük uşaqlara 5-10 ml 10%-li məhlulu, xəstəliyin xarakterindən və xəstənin vəziyyətindən asılı olaraq hər gün, günaşırı və ya 2 gündən bir, gündə 1 dəfə yeridilir. 6 aylığa qədər 0,1-1 ml, 7-12 aylıq: 1-1,5 ml, 1-3 yaşında: 1,5-2 ml, 7-14 yaşda: 3-5 ml. Böyüklərə və uşaqlara məhlulu yavaş-yavaş, 2-3 dəqiqə ərzində yeridirlər.


ƏLAVƏ TƏSİRLƏRİ:

Bəzən ürəkbulanma, qusma, diareya, bradikardiya, ağız boşluğunda sonra isə bütün istilik hissi, həmçinin dəri tərəfindən dəyişikliklər. Çox nadir halda anafilaktik və anafilaktoid reaksiyalar, anafilaktik şoka qədər mümkündür. kalsium duzlarının əzələdaxili inyeksiyaları yerli reaksiya törədə bilər.


DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması zamanı anoreksiya, ürəkbulanma, qusma, qəbizlik, abdominal ağrı, əzələ zəifliyi, polidipsiya, poliuriya, nefrokalsinoz, nefrolitiaz, koma ilə təzahür edən hiperkalsiemiyanın yaranması mümkündür.

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 95,5 mq kalsium qlükonat vardır.

Köməkçi maddələr: kalsium saxarat, inyeksiya üçün su.