Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ANTIQRIPPIN (UŞAQLAR ÜÇÜN)

6.64 AZN

250 mq-lıq tabletlər üçün: natrium-hidrokarbonat, limon turşusu, sorbitol, povidon, natrium saxarinit, natrium-karbonat, makroqol, silisium dioksid, meyvə aromatizatoru.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Titrəmə, başağrısı, oynaq və əzələ ağrıları, burun tutulması, boğaz və burun ağrısı zamanı yüksək qızdırma ilə müşayiət olunan hallar, infeksion-iltihabi xəstəlikləri zamanı istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏRİ:

250 mq-lıq tabletlər:

- parasetamola, askorbin turşusuna, oynaqlar və əzələ ağrıları, burun tutulması, boğaz və burun ağrıları zamanı müşahidə olunan yüksək hərarət, infeksion-iltihabi xəstəliklər zamanı istifadə olunur;

- mədə-bağırsaq sisteminin eroziv-xoralı pozulmaları;

- ağır böyrək və ya qaraciyər çatışmazlığı;

- bağlıbucaqlı qlaukoma;

- 3 yaşa qədər uşaqlarda istifadəsi.

500 mq-lıq tabletlər:

- parasetamola, askorbin turşusuna, xlorfenaminə və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq;

- mədə-bağırsaq traktın eroziv-xoralı pozulamaları;

- ağır böyrək və ya qaraciyər çatışmazlığı;

- alkoqolizm;

- bağıbucaqlı qlaukoma;

- fenilketonuriya;

- prostat vəzinin hiperplazmiyası;

- 15 yaşa qədər uşaqlar.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə qəbul edilir.

250 mq-lıq tabletlər:

3 yaşından 5 yaşına qədər uşaqlar: gündə 2 dəfə 1/2 tablet. 5 yaşından 10 yaşına qədər uşaqlar: gündə 2 dəfə 1 tablet. 10 yaşından 15 yaşına qədər uşaqlar: gündə 2-3 dəfə 1 tablet. Tableti stəkanda ilıq suda tamamilə həl edib alınmış məhlulu dərhal içmək lazımdır. Preparatın yemək arası qəbulu daha məqsədə uyğundur. Dozalar arasındakı interval ən azı 4 saatı olmalıdır. Qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə interval ən azı 8 saat olmalıdır. 500 mlq-lıq tabletlər: 15 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 2-3 dəfə 1 tablet. Tableti stəkanda ilıq suda tamamilə həl edib alınmış məhlulu dərhal içmək lazımdır. Preparatın yeməkarası qəbulu daha məqsədə uyğundur. Gündəlik maksimal doza 3 tabletdir. Dozalar arasındakı interval ən azı 4 saat olmalıdır. Qaraciyər və böyrək funksiyasının pozulması olan xəstələrdə interval ən azı 8 saat olmalıdır.


ƏLAVƏ TƏSİRLƏRİ:

- başağrısı, yorğunluq;

- ürəkbulanma, epiqastral nahiyədə ağrı;

- hipoqlikemiya;

- anemiya, hemolitik anemiya;

- dəri səpgisi, qaşınma, övrə.


DOZA HƏDDİNİN AŞILMASI:

Diareya, ürəkbulanma, qaşınma, qusma, başgicəllənmə, yuxu pozğunluqları, depressiya, qıcolma.


SAXLANMA ŞƏRAİTİ:

10-30C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


İSTEHSALÇI:

Polşa.

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq parasetamol, 50 mq askorbin turşusu, 3 mq və ya 10 mq xlorfenamin vardır. 

Köməkçi maddələr: natrium hidrokarbonat, limon turşusu, sorbitol, povidon, saxaroza, natrium siklamat. aspartam, kalium asesulfam, çobanyastığı ekstraktı.