Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NİDAPAR 500MG N24

4.00 AZN

Yuvarlaq, hər iki tərəfdən qabarıq, ağ rəngdə, qoxusuz örtüklü tabletlərdir.



İstifadəsinə göstərişlər

İbtidailərin törətdiyi infeksiyalar: bağırsaqdankənar amöbiaz (qaraciyər amöbiazı), bağırsaq amöbiazı (amöb dizenteriyası), trixomoniaz, qiardiazis (lyamblioz),

balantidiaz, trixomonad vaginiti, trixomonad uretriti.

Bacteroides spp. (B. fragilis,B.ovatus,B.distasonis,B.thetaiotaomicron,B.vulgatus) tərəfindən törədilən infeksiyalar; sümük və oynaq infeksiyaları, MSS infeksiyaları 

(meningit, beyin absesi), bakterial endokardit, pnevmoniya, empiema, ağciyər abssesi, sepsis.

Clostridium spp., Peptostreptococcus spp., Peptococcus spp. tərəfindən törədilən infeksiyalar: qarın boşluğu orqanlarının infeksiyaları (peritonit, qara ciyər

abssesi), çanaq orqanlarının infeksiyaları (endometrit, fallop boruları və yumurtalıqların absesi).

H.pylori ilə əlaqədar olan mədə və 12-barmaq bağırsaq xorası (kompleks müalicə).

Bacteroides və Streptococcus növlər daxil olmaqla, anaerob bakteriyalar tərəfindən törədilən əməliyyatsonrası infeksiyaların profilaktikası.

Antibakterial preparatların lazımi qaydada istifadəsinə dair yerli formal tövsiyələri nəzərə almaq lazımdır.

 Əks göstərişlər

- İmidazollara və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq

- MSS-in üzvi xəstəlikləri

- qan xəstəliyi, həmçinin, anamnezdə leykopeniya

- qaraciyər çatışmazlığı

- hamiləlik

- laktasiya dövrü

- 6 yaşa qədər uşaqlar (suspenziya forması istifadə olunur)

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks-göstərişdir.

İstifadə qaydası və dozası

Daxilə. Amöbiaz zamanı Nidapar 7 gün müddətində 1,5 q gündəlik dozada (3 dəfəlik qəbul) qəbul olunur. Lyamblioz 5 gün müddətində müalicə olunur –

böyüklərdə 750-1000 mq/gün, uşaqlarda (6-10 yaş) 375 mq/gün,10-15 yaş uşaqlarda isə 500 mq/gün dozalarda təyin olunur. 6 yaşdan kiçik uşaqlarda

metronidazolun suspenziya dərman formasının istifadəsinə üstünlük verilir. 

Qadınlarda trixomoniaz zamanı (uretrit və ya vaginit) Nidapar 2 q dozada birdəfəlik və ya 7 günlük müalicə kursu şəklində (gündə 3 dəfə 250 mq) təyin olunur.

Kişilərdə trixomoniaz zamanı (uretrit ) Nidapar 2 q dozada birdəfəlik və ya 7 günlük kurs müalicə şəklində (gündə 3 dəfə 250 mq) təyin olunur.

Qeyri-spesifik vaginitlərdə Nidapar 500 mq dozada gündə 2 dəfə (5-7 gün müddətində) təyin olunur.

Böyüklərdə anaerob infeksiyalar zamanı Nidapar gündəlik 1-1,5 q dozada təyin olunur.

Böyrək funksiyasının aydın ifadə olunmuş pozğunluğu zamanı (KK < 10 ml/dəqiqə) doza 2 dəfə azaldılmalıdır.

Əlavə təsirləri

Mədə-bağırsaq traktı: ürəkbulanma, disgevziya, oral mukozit, dilin ərp bağlaması, ağızda metal dadı, ağızda quruluq, iştahanın azalması, anoreksiya, qlossit, stomatit, pankreatit, epiqastral nahiyədə ağrı, qusma, diareya, qəbizlik.

Sinir sisteminə: başağrısı, başgicəllənmə, hərəkət kordinasiyasının pozulması, ataksiya, halüsinasiya, huşun dumanlanması, qıcığa həssaslıq, depressiya, yüksək oyanıqlıq, zəiflik, yuxusuzluq, yuxululuq, qıcolmalar, qarabasmalar, peiferik neyropatiya, əhval-ruhiyyənin pisləşməsi, aseptik meningit, ensefalopatiya,yarımkəskin beyincik sindromu.

Allergik reaksiyalar: övrə, angioödem, anafilaksiya, burun tutulması, qızdırma.Dəridə və dərialtı toxumada baş verən pozğunluqlarSəpgi, pustulyoz dəri səpgisi, qaşınma, dərinin hiperemiyası, multiformalı eritema, Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz.

Sidik ifrazat sistemi: dizuriya, poliuriya, sistit, qeyri-iradi sidiyəgetmə, kandidoz, sidiyin qəhvəyi rəngə boyanması.Eşitmə orqanında baş verən pozuntular

Tinnitus, eşitmə qabiliyyətinin pisləşməsi/itməsi.

Görmə orqanında baş verən pozğunluqlar

Görmənin keçici pozulması, o cümlədəndiplopiya və miopiya, nevropatiya və ya görmə sinirinin nevriti.

Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar

Qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi (ALT,AST, qələvi fozfataza), хоlestatik və ya qarışıq hepatit və qaraciyərin hepatosellülar zədələnməsi, sarılıq və

pankreatit (preparatın ləğv edilməsindən sonra aradan qalxır).

Digər antibiotiklərlə birlikdə metronidazol alan pasiyentlərdə qaraciyərin transplantasiyasını tələb edən qaraciyər çatışmazlığı halları qeydə alınmışdır.

Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar

Mialgiya, artralgiya.

Digər: neytropeniya, leykopeniya, aqranulositoz, trombositopeniya, pansitopeniya, EKQ-də T dişinin hamarlaşması.

Doza həddinin aşılması

Simptomları

Qusma, ataksiya və yüngül dezoriyentasiya.

Spesifik antidotu yoxdur.

Müalicəsi simptomatik və dəstəkləyicidir.

 

 

Təsiredici maddə:   1 tabletin tərkibində 500 mq metronidazol vardır.

Köməkçi maddələrlaktoza monohidrat 200, qarğıdalı nişastası, kolloidal silisium dioksid, povidon K-30, mikrokristallik sellüloza PH102, natrium nişastaqlikolyatı,

maqnezium stearat, su, hipromelloza 6cps, polietilenqlükol 600,polietilenqlükol 400, titan dioksid, talk.