Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VİFERON 500000 N10

14.45 AZN

sarımtıl-ağ rəngdə bircinsli konsistensiyaya malik, güllə formalı şam. Mərmər şəklində qeyri-bərabər dərəcədə rənglənmə və kəsikdə qıfşəkilli dərinliklərin olması yol veriləndir. Şamların diametri 10 mm-dən böyük deyil.

İstifadəsinə göstərişlər:
- yenidoğulmuş uşaqlarda, o cümlədən vaxtından əvvəl doğulmuş uşaqlarda müxtəlif infeksion-iltihabi xəstəliklərin kompleks müalicəsində, o cümlədən: kəskin respirator virus infeksiyaları (KRVİ), pnevmoniya (bakterial, virus, xlamidiya mənşəli), meningit, sepsis, bətndaxili infeksiyalar (xlamidioz, herpes, sitomeqaliya, enterovirus infeksiyası, visseral kandidoz, mikoplazmoz);
- uşaqlarda və böyüklərdə xroniki B, C, D virus hepatitlərinin kompleks müalicəsində, yüksək aktivlik dərəcəsinə malik xroniki virus hepatitlərinin və qaraciyər sirrozunun plazmaferezdən və hemosorbsiyadan istifadə etməklə birgə müalicəsində;
- urogenital infeksiyalı (xlamidioz, genital herpes, sitomeqalovirus infeksiyası. ureaplazmoz, trixomoniaz, qardnerellez, papillomavirus infeksiyası, bakterial vaginoz, residiv verən uşaqlıq yolu kandidozu, mikoplazmoz) hamilə qadınlarda interferon daxiledici maddə kimi;
- qripin və digər kəskin respirator viruslu xəstəliklərin, o cümlədən böyüklərdə ağırlaşmış bakterial infekslyaların kompleks müalicəsində.
Əks göstərişlər:
Kakao yağına qarşı yüksək həssaslıq.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri:
Rektal Viferon şamları yuxarıda göstərilən xəstəliklərin müalicəsində istifadə edilən bütün dərmanlarla (antibiotiklər, kimyəvi preparatlar, qlükokortikosteroidlər, immunosupressorlar) birlikdə istifadə oluna bilər.
İstifadə qaydası və dozası:
Rektal Viferon şamları rektal yolla istifadə olunur.
7 yaşa qədər uşaqlara Viferon 150000 BV, 7 yaşdan böyük uşaqlara və böyüklərə Viferon 500000 BV təyin edilir.
Viferon 1000000 BV. Viferon 3000000 BV uşaqlarda və böyüklərdə əsasən viruslu hepatitlərinin müalicəsi zamanı istifadə olunur.
Yenidoğulmuş uşaqlarda, o cümlədən yarımçıq doğulmuş uşaqlarda müxtəlif infeksion-iltihabi xəsləliklərin kompleks müəlicəsində.
Hestasion yaşı 34 həftədən çox olan yenidoğulmuş, o cümlədən yarımçıq doğulmuş uşaqlara Viferon 150000 BV 5 gün müddətində hər gün və gündə 2 dəfə olmaqla 12 saatdan bir təyin olunur. Hestasion yaşı 34 həftədən kiçik olan yarımçıq yenidoğulmuş uşaqlara Viferon 150000 BV hər gün gündə 3 dəfə olmaqla 8 saatdan bir 5 gün müddətində təyin olunur. Yenidoğulmuş uşaqlarda. o cümlədən yarımçıq doğulmuş uşaqlarda müxtəlif infeksion-iltihabı xəstəliklər zamanı kursların tövsiyə olunan miqdarı:
KRVİ-1 kurs, pnevmoniya (bakterial-1-2 kurs, viruslu-1 kurs, xlamidiya-1 kurs), sepsis-2-3 kurs, meningit-1-2 kurs, herpes infeksiyası-2 kurs, enterovirus infeksiyası-1-2 kurs, sitomeqalovirus infeksiyası- 2-3 kurs. mikoplazmoz- 2-3 kurs. Kurslar arasındakı fasilə 5 gün təşkil edir. Kliniki göstərişlərə görə Viferon rektal şamı ilə terapiya davam etdirilə bilər.
Uşaqlarda və böyüklərdə B, C, D xroniki viruslu hepatitlərin kompleks müalicəsində, Xroniki viruslu hepatitli uşaqlara preparat gündə 3000000 BV/m2 hesabı ilə təyin edilir. O, ilk 10 gün ərzində hər dəfə 1 şam olmaqla hər gün, gündə 2 dəfə 12 saatdan bir, sonradan isə həftədə 3 dəfə olmaqla günaşırı 6-12 ay ərzində təyin edilir. Müalicənin davam etmə müddəti kliniki effektivliklə və laborator göstəricilərlə müəyyən olunur.
7 yaşa qədər uşaqlara- Viferon 500000 BV, 7-12 yaşlı uşaqlara Viferon 1000000 BV, 12-17 yaşlı uşaqlara Viferon 1000000 BV ve Viferon 3000000 BV təyin edilir. Viferon 500000 BV və Viferon 1000000 BV ilk 10 gün ərzində hər dəfə 1 şam olmaqla hər gün və gündə 2 dəfə 12 saatdan bir, sonradan isə həftədə 3 dəfə olmaqla günaşırı 6-12 ay ərzində təyin edilir. Viferon 3000000 BV həmin sxemlə gündə 1 dəfə 1 şam doza ilə təyin edilir.
Aşkar aktivlik dərəcəli xroniki viruslu hepatitli və qaraciyər sirrozlu uşaqlara plazmaferez və/və ya hemosorbsiyanın həyata keçirilməsindən əvvəl 14 gün ərzində hər gün, gündə 2 dəfə olmaqla 12 saatdan bir hər dəfə 1 şam təyin edilir (7 yaşa qədər uşaqlara Viferon 150000 BV, 7 yaşdan böyük uşaqlara Viferon 500000 BV).
Xroniki viruslu hepatitli böyüklərə Viferon 1000000 BV və ya Viferon 3000000 BV 10 gün ərzində hər gün, gündə 2 dəfə olmaqla 12 saatdan bir və hər dəfə 1 şam təyin edilir, sonradan həftədə 3 dəfə günaşırı 6-12 ay ərzində təyin edilir. Müalicənin davam etmə müddəti kliniki effektivlikdən və laborator göstəricilərdən asılıdır.
Urogenital infeksiyalı hamilə qadınlarda interferondaxiledici dəman maddəsi kimi. Urogenital infeksiyalı 28-34 həftəlik hestasiyalı hamilə qadınların kompleks müalicəsində Viferon 150000 BV günaşırı olmaqla, gündə 2 dəfə 12 saatdan bir və hər dəfə 1 şam (bir kursa -10 şam) istifadə edilir. 35 həftədən doğuşa qədər 5 gün ərzində hər gün, gündə 2 dəfə olmaqla 12 saatdan bir və hər dəfə 1 şam təyin edilir 12 həftə ərzində cəmi 7 kurs təyin edilir, kurslar arasındakı fasilə isə 7 gün təşkil edir. Müalicənin davam etmə müddəti kliniki effektivlikdən və laborator göstəricilərdən asılıdır.
Böyüklərdə qripin və digər kəskin respirator viruslu xəstəliklərin, o cümlədən bakterial infeksiya ilə ağırlaşmış kompleks müalicəsində. Hər gün, gündə 2 dəfə 12 saatdan bir 1 ədəd Viferon 500000 BV şamı təyin edilir. Müalicə kursu 5 gün təşkil edir.
Əlavə təsirləri:
Nadir hallarda allergik reaksiyalar, o cümlədən dəri səpgiləri və qaşınma qeyd olunur. Bu əlamətlər geri dönəndir və preparatın qəbulu başa çatdıqdan 72 saat sonra aradan qalxırlar.

1 ədəd Viferon 500000 BV şamının tərkibində 500000 BV insan rekombinat alfa-2 interferonu, askorbin turşusu - 0,022 q, tokoferol asetat - 0,055 q, kakao yağının əsası və ya bərk yağ olur.