Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BRONXONAT 100 ML

4.50 AZN

Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə məhsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Yararlılıq müddəti: 18 aydır.

Məhsulun xüsusiyyətləri:

Bu şərbətdəki bitkilərin tərkibindəki bioloji aktiv maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyanın kirpikli epitelinin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olunmasını sürətləndirir. Bu zaman öskürəyi azaldır, orqanizmin ümumi müqavimətini artırır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Traxeit, kəskin və xroniki bronxit, pnevmoniya (krupoz və bronxopnevmoniya), kəskin respirator xəstəliklər.

İstifadə qaydası:

Şərbət yeməkdən 30 dəqiqə əvvəl, göstərilən miqdarda qəbul olunur.

18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə

(Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.)

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.


Əks göstərişlər:

18 yaşa qədər olan şəxslər, şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslığı olanlar.

Saxlanılması:

25 0C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.


Tərkibi (100 ml): Biyanın kök və kökümsovunun (Glycyrrhiza glabra) duru ekstraktı – 9,3 ml; gülxətmi kökünün (Althea officinalis) duru ekstraktı – 9,3 ml; cirənin meyvəsinin (Anisum vulgare) distillatı – 9,3 ml; bağayarpağı yarpağının (Plantago major) duru ekstraktı – 6,98 ml; dəvədabanı yarpağının (Tussilago farfara) duru ekstraktı – 6,98 ml; bənövşə otunun (Viola tricolor) duru ekstraktı – 4,65 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).