Boz-sarımtıl rəngli, bir tərəfində bölmə xətti olan uzunsov tabletlər.
Göstərişlər:
Hamiləliyin planlaşdırılması zamanı, hamiləlik və uşaq əmizdirmə dövrlərində balanslaşdırılmamış və ya tam qidalanmama nəticəsində yaranan vitamin və mineralların artmış tələbatının profilaktikası və təmini.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq.
A və ya D vitamininin hipervitaminozu.
İstifadə qaydası və dozası:
Tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşin.
Qadınlara hamiləlikdən əvvəl (hamiləliyi planlaşdırarkən,mayalanmadan bir ay əvvəl),hamiləlik,doguşdan sonra və uşaq əmizdirmə dövründə gündə 1 tableti yemək zamanı bir stəkan (250 ml) su ilə daxilə qəbul etmək məsləhət görülür.Səhərlər ürəkbulanması olduqda,preparatı günorta və ya axşam qəbul etmək lazımdır.
1 tabletin tərkibində vardır,təsiredici maddələr:
Vitaminlər:Vitamin A (palmitat),Vitamin D3 (xolekalsiferol),Vitamin E (a-tokoferol asetat),Vitamin C (kalsium askorbat dihidrat),Fol turşusu (vitamin B9),Vitamin B1(tiamin nitrat),Vitamin B2 (riboflavin),Vitamin B6(piridoksin-hidroxlorid),Vitamin B12 (sianokobalamin),Nikotinamid (vitamin PP),Biotin,Kalsium pantotenat (vitamin B5)
Mineral maddələr və mikroelementlər:
Kalsium (susuz kalsium hidrofosfat,kalsium pantotenat,kalsium askorbat dihidrat),Maqnezium (yüngül maqnezium-oksid,maqnezium-hidrofosfat trihidrat,maqnezium-stearat),Fosfor (susuz kalsium hidrofosfat,maqnezium-hidrofosfat trihidrat),Dəmir (dəmir-fumarat),Sink (sink-sulfat monohidrat),Mis (susuz mis-sulfat),Manqan (manqan-sulfat monohidrat,dəmir-fumarat),
Köməkçi maddələr: laktoza monohidrat,mannitol,makroqol 400,qliserol distearat,jelatin,mikrokristallik sellüloza,etilsellüloza,natrium qlikolyat nişastası,maqnezium-stearat,povidon K90,povidon K30.
Örtük: hipromelloza,su dispersiyalı etilsellüloza,makroqol 6000,talk,titan dioksid,sarı dəmir oksidi.