Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

RİBOKSİN - RIBOXIN

1.44 AZN
RİBOKSİN - RIBOXIN
İstifadəsinə göstərişlər:

Ürəyin işemik xəstəliyi {miokardın infarktı, tac damar çatışmazlığı, ürək ritminin pozğunluqları); müxtəlif mənşəli kardiomiopatiyalar, anadan gəlmə və qazanılma ürək qüsurları, miokardit, tac damar aterosklerozu, ürək qlikozidləri ilə intoksikasiyalar, "ağciyər" ürəyi; ağır fiziki gərginlikdən keçirilmiş infeksion xəstəliklərdən və ya endokrin pozğunluqlarından sonra əmələ gəlmiş miokard distrofiyaları, qaraciyər sirrozu, kəskin və xroniki hepatitlər, qaraciyərin piy distrofıyası, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, urokoproporfiriya. Dərmanlarla zəhərlənmələr; alkoqolizm, radioaktiv şualanmalar zamanı leykopeniyanın profılaktikası, izolə edilmiş böyrəyin cərrahi əməliyyatlarında (əməliyyat aparılan orqanın qan təhcizatı müvəqqəti dayandırlarkən farmakoloji müdafiyə vasitəsi kimi).
 

Əks göstərişlər: 

Podaqra, hiperurikemiya, yüksək həssaslıq
 

İstifadə qaydası və dozası:

Daxilə qəbul edildikdə sutkalıq doza 600 -2400 mq (3-12 tab). Müalicənin ilk günlərində sutkalıq doza 600-800mq (3-4 tab 200mq gündə 3-4 dəfə). Əgər əlavə təsirlər yoxsa, müalicənin 2-3 günü doza 1200mq (6tab), zərurət olarsa 2400mq/sut dozaya qədər qaldırırlar. Müalicə müddəti - 4 həftədən 1,5-3 aya qədərdir. Urokoproporfiriya 800mq (4 tab-200mq 1 tab 4 dəfə sutkada verilir.
 
Doza həddinin aşılması:

Simptomlar: qanda sidik turşusunun miqdarının artması, bu isə podaqranın kəskinləşməsinə səbəb olur. Müalicəsi: preparatın qəbulunu dayandırır və desensibilizəedici müalicə aparırlar. Yüksək dozaların qəbulu zamanı dərhal həkimə müraciət etmək lazımdır
 
Saxlanma şəraiti:

 
25°C-dən yüksək olmayan temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Təsiredici maddə: 
1 tabletin tərkibində 200mq inozin vardır.

Köməkçi maddələr: kartof nişastası, kiçik molekullu polivinilpirrolidon, şəkər tozu, opadray, stearin turşusu.