Severity: Warning
Message: fopen(/var/lib/php/sessions/ci_sessiond9tvcqb1bcv1dque0medps3snscf2jd2): failed to open stream: No space left on device
Filename: drivers/Session_files_driver.php
Line Number: 174
Backtrace:
File: /var/www/html/application/controllers/Home.php
Line: 7
Function: __construct
File: /var/www/html/index.php
Line: 254
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /var/lib/php/sessions)
Filename: Session/Session.php
Line Number: 143
Backtrace:
File: /var/www/html/application/controllers/Home.php
Line: 7
Function: __construct
File: /var/www/html/index.php
Line: 254
Function: require_once
Şəffaf və ya demək olar ki, şəffaf, rəngsiz meşə giləmeyvələri ətri ilə bir qıdır özlü mayedir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Tənəffüs yollarının qatı bəlğəmin ifrazı ilə müşayiət olunan kəskin və xroniki xəstəlikləri : kəskin və xroniki bronxit, pnevmoniya, ağciyərin xroniki obstruktiv xəstəliyi, bəlğəm ifrazının çətinləşməsi ilə müşayiət olunan bronxial astma, bronxoektatik xəstəlik.
ƏKS GÖSTƏRİŞLƏR :
Ambroksola və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, hamiləlik laktasiya dövrü. Lazolvan şərbətinin maksimal tövsiyə edilən gündəlik dozasının tərkibində 10,5 q sorbitol vardır. Fruktozaya qarşı nadir irsi dözümsüzlüyü olan pasiyentlər bu preparatı qəbul etməməlidir.
İSTİFADƏ QAYDASI VƏ DOZALAMA :
Daxilə qəbul edilir.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara : gündə 3 dəfə 10 ml ;
6-12 yaşlı uşaqlara : gündə 2-3 dəfə 5 ml ;
2-6 yaşlı uşaqlara : gündə 3 dəfə 2.5 ml ;
2 yaşa qədər uşaqlara : gündə 2 dəfə 2,5 ml .
Lazolvan şərbəti qida qəbulundan asılı olmayaraq istifadə oluna bilər. Preparatın qəbulundan sonra 4-5 gün müddətində simptomlar saxlanıldığı halda həkimə müraciət etmək lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ :
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar, ağızda quruluq hissi, immun sistemində baş verən pozğunluqlar, dəri və dərialtı toxumaların zədələnməsi, sinir sistemində baş verən pozğunluqlar.
DOZA HƏDDİNİN AŞILMASI:
İnsanlarda doza həddinin aşılmasının səcciyəvi simptomları qeydə alınmamışdır. Doza həddinin təsadüfi aşılması və ya tibbi səhv nəticəsində LAZOLVAN preparatının məlum olan əlavə təsirlərinin simptomları qeydə alınmışdır : ürək bulanma, dispepsiya, ishal, qusma, abdominal ağrı. Həmin hallarda simptomatik müalicənin aparılması tələb oluna bilər.
Müalicə : preparatın qəbulundan sonra ilk 1-2 saat müddətində süni qusmanın yaradılması, mədənin yuyulması; simptomatik müalicə.
TƏSİREDİCİ MADDƏ :
5 ml şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid vardır.
KÖMƏKÇİ MADDƏLƏR :
Benzoy turşusu, hiyetelloza, kalium asesulfat, duru sorbitol, qliserin 85%, meşə giləmeyvə aromatizatoru, təmizlənmiş su.