Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SNUP 15 ML (SPREY)

5.26 AZN

Rəngsiz, şəffaf məhluldur. 

İstifadəsinə göstərişlər:

Rinit əlamətləri ilə müşayiət edilən kəskin respirator xəstəliklər, kəskin allergik rinit, pollinoz, sinusit, yevstaxiit, orta otit.

Əks göstərişlər:

Preparatın istənilən komponentinə qarşı həssaslıq;

arterial hipertenziya, taxikardiya, ifadəolunmuş ateroskleroz;

yüksəlmiş gözdaxili təzyiq, xüsusilə bağlıbucaqlı qlaukoma;

atrofik rinit, hipertireoz, beyin qişasında cərrahi müdaxilə, burun boşluğunun ön hissəsinin dərisinin və ya selikli qişasının iltihabi xəstəlikləri. 

İstifadə qaydası və doza:

İntranazal istifadə edilir.

Snup dozalanmış nazal sprey 45 mkq/doza

2-6 yaşadək uşaqlara sutkada 1-3 dəfə hər burun dəliyinə 1 püskürtmə təyin edilir.

Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara sutkada 2-3 dəfəyədək hər burun dəliyinə 1-2 püskürtmə təyin edilir. 

Sutkada 3 dəfədən artıq istifadə etmək olmaz. 

Doza həddinin aşılması:

Simptomları

Preparatın doza həddinin aşılması zamanı klinik təsvir özündə mərkəzi sinir sisteminin oyanmas, fazasının mərkəzi sinir sisteminin zəifləməsi, fazası ilə növbələşməsini birləşdirir. 

Müalicəsi

Simptomatikdir, həkim nəzarəti altında. 

Əlavə təsirləri:

İmmun sistemində baş verən pozğunluqlar: çox nadir hallarda-hiperhəssaslıq reaksiyaları.

Sinir sistemində baş verən pozğunluqlar: tez-tez-başağrısı; nadir hallarda-yuxusuzluq, depressiya, çox nadir hallarda-narahatlıq, yorğunluq, paresteziya.

Duyğu orqanlarında baş verən pozğunluqlar: çox nadir hallarda-aydın görmə qabiliyyətinin pozulnması. 

Təsirdici maddə: KSİLOMETAZOLİN  1 dozada 45 mkq və ya 90 mkq ksilometazolin hidroxlorid vardır. 

Köməkçi maddələr: dəniz suyu, kalium dihidrofosfat, inyeksiya üçün su.