ZAMİKAN 500 mq

ZAMİKAN 500 mq

7.69 AZN
500 mq ə/d; v/d inyeksiya üçün steril apirogen məhlul
İstifadəsinə göstərişlər:

Zamikan aşağıda göstərilən qrammənfi mikroorqanizmlərin törətdiyi ağır gedişli infeksiyalar zamanı təyin olunur:

Pseudomonas spp,Escherichia coli,Proteus spp.(indolneqativ və indolmüsət formaları daxil olmaqla),Providencia spp,Klebsiella,Enterobacter,Serratia spp,Acinetobacter spp.   
Kliniki tədqiqatlarda amikasinin aşağıda qeyd olunan infeksiyalar zamanı yüksək effekti təsdiq olunmuşdur. 
 
–Bakterial septisemiya(yenidoğulmuşların sepsisi daxil olmaqla) 
-Tənəffüs yollarının infeksiyaları   
-Sümük və oynaqların infeksiyaları 
-Qarın boşluğu infeksiyaları(peritonit daxil olmaqla) 
-Yanıq və cərrahi əməliyyatlardan sonrakı infeksiyalar   
-Sidikqovucu yolların ağır və fəsadlaşmış infeksiyaları. 
Həssaslığı təyin etmək üçün bakterioloji müayinə keçirilməlidir.Qrammənfi floraya şübhə zamanı və antibiotiklərə qarşı həssaslıq təyin olunana qədər,Zamikan seçim preparatı kimi istifadə oluna bilər.Aparılan kliniki tədqiqatlara əsasən ,gentamisinə və tobramisinə davamlı qrammənfi mikroorqanizmlərin törətdiyi infeksiyalar zamanı,Zamikan-ın yüksək effektivliyi təsdiqlənib.
Aparılan müalicənin müddəti mikrobların antibiotiklərə qarşı həssaslığıdan ,infeksiyanın ağırlığından,xəstənin kliniki vəziyyətindən asılı olaraq təyin edilir.   Zamikan stafilokokk infeksiyalar zamanı da effektivdir.Buna görə o qarışıq stafilokokk/qrammənfi ağır infeksiyalar  və ya stafilokokk infeksiyalar zamanı digər antibiotiklərə qarşı həssaslıq zamanı seçim preparatı kimi təyin oluna bilər.
 

Əks göstərişlər:

Amikasinə,yaxud digər aminoqlikozidlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası

Düzgün dozalanma üçün xəstənin bədən kütləsini bilmək lazımdır.Artıq bədən kütləsinə malik olan xəstələrdə aminoqlikozidin dozası əzələ kütləsini üzrə hesablanır.Venadaxili və əzələdaxili dozalanma eynidir.
Venadaxili və əzələdaxili yeridilmə:
Böyüklərdə və uşaqlarda: gündəlik doza 15mq/kq,iki bərabər hissəyə bölünür(böyüklərdə 500 mq gündə 2 dəfə)  Vaxtından əvvəl doğulmuş və yenidoğulmuşlarda :başlanğıc doza-10mq/kq,sonra gündəlik doza 15 mq/kq iki hissəyə bərabər  bölünür. 

Doza həddinin aşılması:

Artıq dozalanma və toksiki reaksiyalar zamanı dializ və ya hemodializ amikasini qandan tez xaric etməyə kömək edir. 

Saxlanma şəraiti:

30°C-dən aşağı temperaturda,uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Dondurmaq olmaz.
Resept əsasında buraxılır

Təsiredici maddə:2 ml(1 flakon) məhlulun tərkibində 500 mq amikasinə ekvivalent miqdarda amikasin-sulfat vardır.  
Köməkçi maddələr:natrium-metabisulfit,natrium-sitrat,sulfat turşusu,inyeksiya üçün su


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.