Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ALMAGEL

3.17 AZN
ALMAGEL
İstifadəsinə göstərişlər

-  Qida borusu,mədə və onikibarmaq bağırsağın xəstəlikləri zamanı yüksək turşuluq hallarının  simptomatik antiasid müalicəsi:ezofagitlər,Hiatus yırtığı,Qastroezofageal Reflüks xəstəliyi(QERX),kəskin və xroniki qastrit  və qastroduodenit,mədə və onikibarmaq bağırsağın xora xəstəliyi,rezeksiyadan sonra baş verən qastrit və qastroanastomozit.
-  Mədə və duodenal pozuntuların profilaktikası

Əks göstərişlər

-  Preparatın tərkibinə aid olan hər hansı maddəyə allergiya
-  Kəskin böyrək çatışmazlığı

İstifadə qaydası və dozası

Standart doza:
Simptomatik antasid müalicə:Böyüklər və 14 yaşdan yuxarı uşaqlar üçün:
Gündə 3 -4 dəfə 5-10 ml(1-2 ölçü qaşığı və ya 1 paket).Zəruri hallarda birdəfəlik dozanı 15 ml - ə qədər artırmaq olar.(3 ölçü qaşığı).Terapevtik təsirə nail olduqdan sonra gündəlik dozanı gündə 3-4 dəfə 5 ml-ə (1 ölçü qaşığı) və ya 2-3 ay ərzində gündə 1-2 paketə qədər azaltmaq olar.  Böyrək çatışmazlığından əaziyət çəkən xəstələrdə preparatın qəbulları arasındakı intervalı artırmaq lazımdır.
10-14 yaş arası uşaqlar üçün : Böyüklər üçün olan dozanın tam yarısına qədər –gündə 2 -4 dəfə 1 ölçü qaşığı və ya gündə 1-2 dəfə 2 ölçü qaşığı yaxud gündə 1-2 dəfə 1 paket qəbul etmək lazımdır.
Qida qəbulundan 45-60 dəqiqə sonra və gecə yatmazdan əvvəl qəbul edilməli.

Saxlanma şəraiti:

25°C-dən yuxarı olmayan temperatur şəraitində ,işıq düşməyən yerdə saxlamaq lazımdır,dondurmaq və uşaqların əli çatan yerdə saxlamaq olmaz.
Reseptsiz buraxılır:

Tərkibi

Təsiredici maddələr:5 ml(1 ölçü qaşığı)suspenziyanın tərkibində 2,18 q alüminium hidroksid gel (218 mq alüminium oksidə uyğundur)və 350 mq maqnezium hidroksid pastası (75 mq maqnezium oksidə uyğundur)var.10 ml (1 bağlama) suspenziyanın tərkibində 4,36 q alüminium hidroksid gel (436 mq alüminium oksidə uyğundur) və 700 mq maqnezium hidroksid pastası (150 mq maqnezium oksidə uyğundur)var.   
Köməkçi maddələr:hidrogen peroksid qarışığı(30%),sorbitol,hidroksietilsellüloza,metilparahidroksibenzoat,propilparahidroksibenzoat,butilparahidroksibenzoat,natrium saxarin,propilenqlikol,makroqol 4000,limon yağı,etil spirti (96%),təmizlənmiş su.