TAVANİK 500 mq

TAVANİK 500 mq

18.01 AZN
Solğun sarımtıl-çəhrayı örtüklü,hər iki tərəfində bölgü xətti olan ikitərəfli qabarıq uzunsov tabletlər.
İstifadəsinə göstərişlər:

Böyüklərdə levofloksasinə həssas ,yüngül və orta ağır gedişli bakterial infeksiyaların müalicəsi.

-  Kəskin sinusit;
-  Xroniki bronxitin kəskinləşməsi;
-  Xəstəxanaxaric pnevmoniya;
-  Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları;
-  Sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları;
-  Yuxarıda təsvir edilən göstərişlər zamanı yaranan septisemiya bakteriemiya;
-  Intraabdominal infeksiyalar;
-  Vərəmin dərmana-həssas formalarının kompleks müalicəsi üçün.

Əks göstərişlər:

-  Levofloksasinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq;
-  Epilepsiya ;
-  Xinolonlarla erkən aparılmış müalicə zamanı vətərlərin zədələnməsi;
-  Uşaqlıq və yeniyetməlik dövrü ;
-  Hamiləlik ;
-  Laktasiya dövrü.

İstifadə qaydası və dozası:

daxilə gündə 1 və 2 dəfə qəbul edilir.
Doza infeksiyanın xarakteri və ağırlığından ,həmçinin ehtimal edilən törədicinin həssaslğından asılı olaraq təyin edilir.
Tabletləri çeynəmədən və müəyyən qədər su ilə qəbul etmək lazımdır.
Doza seçimi zamanı tableti bölmə xəttində bölmək olar.
Yeməkdən əvvəl və ya qida qəbulu arası istənilən vaxtda qəbul etmək olar.
 

250 mq bir tabletin tərkibində:

Təsiredici maddə:250 mq levofloksasinə müvafiq olaraq ,256.23 mq levofloksasin hemihidrat.
Köməkçi maddələr:krospovidon,metilhidroksipropilsellüloza,mikrokristallik sellüloza,natrium stearilfumarat,makroqol 8000,talk,titan 4-oksid,qırmızı dəmir oksidi,sarı dəmir oksidi.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.