DE-SİLON 1G

DE-SİLON 1G

5.45 AZN
Qutuya 1 flakon 1 q seftriakson tozu,4 ml-lik 1%-li lidokain məhlulu və istifadə təlimatı yerləşdirilib.
İstifadəsinə göstərişlər:

Seftriaksona qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin müalicəsində istifadə olunur.

-  Tənəffüs orqanlarının infeksiyaları,xüsusilə pnevmoniya və BBQ infeksiyaları;
-  Sümük və oynaqların infeksiyaları ;
-  Dəri və yumşaq toxumaların infeksiyaları;
-  Böyrək və sidikçıxarıcı yolların infeksiyaları;
-  Cinsi orqanların infeksiyaları,həmçinin qonoreya;
-  Qarın boşluğu üzvlərinin infeksiyaları ;
-  Sepsis;
-  Meningit;
-  Immun sistemi zəif olan xəstələrdə infeksiyalar;
-  İnfeksiyalaşmış yaralar və yanıqlar;
-  Cərrahi əməliyyatdan sonrakı infeksiyaların profilaktikası.

Əks göstərişlər:

Sefalosporinlər və penisillinlərə qarşı yüksək həssaslıq.
Yenidoğulmuş və vaxtından erkən doğulmuş uşaqlarda hiperbilirubinemiyanın yüksək yaranma riskini nəzərə alaraq,
ehtiyyatla təyin edilməlidir.

İstifadə qaydası və dozası:

1-2 q gündə 1 dəfə .Ağır hallarda və yaxud seftriaksona qarşı orta həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyalarda,gündəlik doza 4 q-dək artırılır.

Yenidoğulmuşlar,körpələr və 12 yaşdan aşağı uşaqlar:

De-Silon sutkada 1 dəfə,aşağıdakı qaydada təyin edilir.14 günə qədər olan uşaqlarda – 20-50 mq/kq ,sutkalıq doza 50 mq/kq artıq olmamalıdır.
Vaxtından əvvəl doğulan uşaqlarda  doza fərqi yoxdur.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.  
Reseptsiz  buraxılır
 

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

 
hər flakonda ə/d və v/d məhlul üçün 500 mq və 1 q seftriaksona müvafiq seftriakson natrium duzunun tozu var.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.