Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FENİSTİL NYU 20 ML (DAMCI)

6.56 AZN
FENİSTİL
İstifadəsinə göstərişlər:Allergik xəstəliklər,övrə,ot qızdırması,ilboyu allergik rinit,angionevrotik ödem,qida və dərman allergiyası.Müxtəlif mənşəli dəri qaşınması.
Əks göstərişlər:Preparatın tərkibinə qarşı hiperhəssaslıq,1 aylıqa qədər uşaq yaş dövrü,hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası :daxilə qəbul edilir.1 aylıqdan 12 yaşa qədər uşaqlar üçün doza aşağıdakı kimi olur.
1 aylıq-1 yaş
Birdəfəlik doza
Gündəlik doza
1 aylıq-1 yaş
3-10 damcı
10-30 damcı
1-3 yaş
10-15 damcı
30-45 damcı
3-12 yaş
15-20 damcı
45-60 damcı
20 damcı=1 ml=1 mq dimetinden-maleat.
Böyüklər və 12 yaşdan böyük uşaqlar üçün gündəlik doza adətən 3-6 mq(60-120 damcı) təşkil edir.Bu doza 3 qəbula bölünür,başqa sözlə gündə 3 dəfə 20-40 damcı.
Saxlanma şəraiti:25°C-dən aşağı temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Reseptsiz  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
Tərkibi
Təsiredici maddə:41 ml məhlulun tərkibində 1 mq dimetinden-maleat vardır.
Köməkçi maddələr:natrium-hidrofosfat dodekahidrat ,limon turşusu monohidrat,benzoy turşusu,dinatrium edetat,natrium saxarin,propilenqlikol,təmizlənmiş su.