GENTAMİSİN K 40 MQ

GENTAMİSİN K 40 MQ

3.18 AZN
şəffaf rəngsiz və ya sarımtıl rəngli ,görünən mexaniki hissəciklərdən azad məhluldur.
İstifadəsinə göstərişlər:

-  Sepsis,meningit,peritonit,septik endokardit;

-  Tənəffüs orqanlarının infeksion-iltihabi xəstəlikləri;

-  Böyrəklərin və sidikqovucu yolların infeksiyaları;

-  İnfeksiyalaşmış yanıqlar;

-  Qrammüsbət və qrammənfi törədicələrlə assosiasiyalaşmış və digər antibiotiklərə qarşı davamlı,lakin gentamisinə qarşı həssas olan

mikroorqanizmlərin törətdiyi xəstəliklər.

Əks göstərişlər:

tərkibindəki komponentlərinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:

Preparat əzələdaxili və venadaxili istifadə olunur .Adətən maksimal gündəlik doza böyüklər və uşaqlar üçün əzələdaxili yeridilmə zamanı

gündə 2 dəfə 3 mq/kq təşkil edir.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   

Resept əsasında buraxılır

 

Təsiredici maddə:1 ml məhlulun tərkibində 40 mq gentamisin vardır.

Köməkçi maddələr:Metilhidroksibenzoat,propilhidroksibenzoat,natrium-edetat,natrium-hidro-sulfat vardır.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.