KETİLEPT 100 mq

KETİLEPT 100 mq

20.70 AZN
ağ rəngdə, girdə, ikitərəfli qabarıq, bir tərəfində “E” hərfi, digər tərəfində isə 202 rəqəmi həkk olunmuş, iysiz örtüklü tabletlərdir.                                                                                                       
İstifadəsinə göstərişlər

Ketilept antipsixotik dərman vasitəsidir .

Antipsixotik preparatlar psixi xəstəliklərin simptomlarını (məs, hallusinasiyaları , qəribə və qorxuducu fikirləri , davranışda baş verən dəyişikliyi , tənhalıq hissi və dalğınlıq) zəiflədə bilər. 

Ketilept , həmçinin əhval – ruhiyyənin pozulması nəticəsində özünü həddindən artıq “əhvalı yüksəlmiş” hiss edən və ya yüksək oynaqlı , adi halda olduğundan az yatan , həddindən artıq çox danışan və qeyri – adi  dərəcədə əsəbi olan pasiyentlərin müalicəsi üçün istifadə oluna bilər. 

Əks göstərişlər 

*
Kveatipinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.  

* Əgər siz MAO inhibitorları qrupundan olan antidepressantlar qəbul edirsinizsə və ya yaxın zamanlarda (14 gün əvvəldən az) qəbul etmisinizsə.   

* Ketilepti uşaqlara və yeniyetmələrə vermək qətiyyən olmaz. 

İstifadə qaydası və dozası:
Ketilept preparatının qəbul qaydası həkim tərəfindən müəyyən edilir.

Adətən , həkimlər preparatı birinci gün üçün 50 mq, ( 25 mq – lıq 2 tablet) və ya 100 mq, ikinci gün 100 mq və ya 200 mq, dördüncü gün 300 mq və ya  400 mq gündəlik dozada təyin edirlər.

Müalicə zamanı doza fərdi tələbatlardan asılı olaraq gündə 150 mq- dan 800 – mq-a qədər dəyişə bilər . 

Bundan sonra, həkim sizə hər gün nə qədər ketilept tableti qəbul etməli olduğunuzu bildirəcək.

Tabletlərin qəbul qaydası (adətən, gündə 2 dəfə) və hansı vaxt qəbul etməli olduğunuz barədə həkimin təlimatına əməl edin.

Əgər nəyəsə əmin deyilsinizsə, həkimlə məsləhətləşməlisiniz.

Əgər siz ahıl yaşındasınızsa və ya qaraciyər ya da böyrək pozğunluğundan əziyyət çəkirsinizsə, həkim sizə Ketilept preparatını daha aşağı dozalarda təyin edə bilər.

Ketilept örtüklü tabletlərini bütöv şəkildə, çeynəmədən su ilə udun.
Həkim bu preparatı ləğv etməyənə qədər, hətta özünüzü yaxşı hiss etsəniz belə Ketilept tabletlərinin qəbulunu dayandırmayın.                                                                                                    

Təsiredici maddə : 1 tabletin tərkibində 25 mq, 100 mq, 150 mq, 200 mq və ya 300 mq kvetiapin   ( müvafik olaraq 28,78 mq ,115,13 mq, 172,70 mq, 230,26 mq və 345,40 mq  kvetiapin – fumarat şəklində ) vardır. 

Köməkçi maddələr : susuz kolloidal silisium 4-oksid, maqnezium-stearat, povidon, A tipli karboksimetilnişasta, laktaza monohidrat, mikrokristallik sellüloza, ağ Opadry II 33G28523 (25mq, 100 mq, 300 mq örtüklü tabletlər), ağ Opadry II 33G285223 və çəhrayı Opadry II 33G24283(150 mq, 200 mq, örtüklü tabletlər ).                                                                                                                         

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.