SPESİLİD (SPECILID)  100 MG

SPESİLİD (SPECILID) 100 MG

5.98 AZN
Ağımtıl,bir tərəfində bölücü xətti olan girdə tabletlərdir
İstifadəsinə göstərişlər 
-
kəskin ağrı  - ağrılı osteoartritin simptomları 
- menstural ağrılar   Preparatı təyin etməzdən əvvəl, həkim onun sizə faydası və əlavə təsirlərin baş vermə riskini müəyyən edəcəkdir.   
Əks göstərişlər   
- Nimesulidə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhassaslıq(allergiya); 
- Əgər siz aspirin və ya digər qeyri – steroid iltihab əleyhinə dərman maddəsi qəbul edərkən allergiya (məs,təngənəfəslik, burnun axması və ya tutulması , səpgi ) baş vermişdirsə; 
-əgər keçmişdə nimesulid qəbul edərkən onun qaraciyərə təsiri nəticəsində reaksiya baş vermişdirsə;
-əgər parasetamol və ya qaraciyərə təsiri məlum olan hər hansi digər QSİƏP qəbul edirsinizsə; 
-əgər sizdə dərmana qarşı vərdiş varsa və ya dərmandan asılılıq yarada bilən preparat qəbul edirsinizsə ; 
-əgər siz müntəzəm içki (alkoqol) qəbul edirsinizsə ; 
-əgər sizdə qaraciyər xəstəliyi varsa və ya qaraciyər fermentləri artmışdırsa; 
- əgər sizdə peptik xora varsa ( mədə və 12 barmaq bağırsaq xorası ) və ya əvvəllər olmuşdursa; 
-əgər sizdə mədə-bağırsaq qanaxması varsa ; 
-əgər sizdə beyin qansızması (iflic) olmuşsa ; 
-əgər sizdə qanaxma ilə və ya qanın laxtalanmaması ilə bağlı digər problemlər varsa ; 
-əgər sizdə ürək çatışmazlığı və ya böyrəklərin funksional çatışmazlığı və ya hər hansı qaraciyər pozğunluğu varsa ; 
-əgər siz qızdırmadan və ya qripdən əziyyət çəkirsinizsə ; 
-əgər siz son 3 ay müddətində hamiləsinizsə ; 
 -əgər siz uşaq əmizdirirsinizsə ; 
12 yaşdan aşağı uşaqlara Spesilid əks göstərişdir. 
 
İstifadə qaydası və dozası  Spesilidi həmişəhəkimin tövsiyyə etdiyi qaydada qəbul edin.əgər bunu unutmuşsunuzsa? həkiminizlə və ya əczaçı ilə aydınlaşdırın.Preparatın adi dozası gündə 2 dəfə 1 tabletdir (100 mq) , yemekdən sonra qəbul olunur .Spesilid mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmayaraq istifadə olunmamalıdır. 
Böyüklərə : 1 tablet, yeməkdən sonra. 
Yaşlılara : lazım gələrsə gündəlik doza azaldıla bilər.   
Uşaqlara : (12 yaşdan kiçik) bu xəstələrə spesilid əks göstərişdir .  
Yeniyetmələrə : ( 12 – 18 yaş) böyüklərdə nimesulidin farmakokinetik göstərcilərinə və farmakodinamik xarakteristikasına uyğun olaraq , dozanın tənzimlənməsinə ehtiyac yoxdur. 
Böyrək zədələnməsi: yüngül və orta dərəcəli böyrək zədələnmələri zamanı dozaya düzəliş edilməsinə ehtiyac yoxdur .Ağır böyrək zədələnməsi zamanı Spesilid əks göstərişdir. 
Qaraciyər zədələnməsi: qaraciyər çatışmazlığı olan xəstələrə Spesilid əks göstərişdir 


Təsiredici maddə :1 tabletin tərkibində 100 mq Nimesulid vardır. 

Köməkçi maddələr :hiproloz, natrium-dokuzat, laktoza monohidrat,  natrium nişasta qlikolyatı, mikrokristallik sellüloza, hidrogenləşdirilmiş bitki

yağı , maqnezium-stearat.                            

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.