FLEMOKSİN SOLYUTAB 1000 mq

FLEMOKSİN SOLYUTAB 1000 mq

12.77 AZN
Ağ rəngdən açıq sarı rəngədək,bir tərəfində rəqəm təsviri və tableti yarıya bölən kəsik olan digər tərəfində isə firmanın loqotipi olan oval formal

tabletlər.

İstifadəsinə göstərişlər:
-  Tənəffüs orqanlarının infeksiyaları;
-  Sidikqovucu orqanların infeksiyaları;
-  MBT orqanlarının infeksiyaları;
-  Dərinin və yumşaq toxumaların binfeksiyaları.
Əks göstərişlər:preparata və digər beta-laktam antibiotiklərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:daxilə qəbul edilir.Dozanı xəstənin və xəstəliyin gedişatından asılı olaraq seçilir.
Böyüklər və 10 yaşdan böyük uşaqlar – gündə 2 dəfə  500-750 mq və ya gündə 3 dəfə 375-500 mq.
3 yaşından 10 yaşınadək – gündə 2 dəfə 375 mq və ya gündə 3 dəfə 125 mq.
1 yaşından 3 yaşınadək – gündə 2 dəfə 250 mq və ya gündə 3 dəfə 125 mq.
Uşaqlara gündəlik doza (1 yaşadək uşaqlara) 2-3 qəbulla 30-60 mq/kq/gün təşkil edir.
Həkim məsləhətilə dozalar artırıla və ya azaldıla bilər.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Təsiredici maddə : bir tabletin tərkibində 1000 mq amoksisilin vardır.

Köməkçi maddələr:disperləşdirilmiş sellüloza,mikrokristallik sellüloza,krospovidon,vanilin,naringi ətri,limon ətri,saxarin,maqnezium – stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.