MAQNE B6 10 mq

MAQNE B6 10 mq

7.60 AZN
şəffaf qəhvəyi rəngli,karamel ətirli maye
İstifadəsinə göstərişlər:Maqneziumun müəyyən edilmiş defisiti,izoləolunmuş və ya digər defisitli vəziyətlərlə müştərək olan,aşağıdakı simptomlarla müşayiət olunan hallarda .
-  Yüksək oyanıqlıq,yuxunun pozulması,mədə-bağırsaq spazmı və ya taxikardiya,yorğunluq artması,əzələ spazmı və ağrısı,sancma hissi.
Əks göstərişlər:Dərman vasitəsinin komponentlərinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:həkim məsləhəti lazımdır.Böyüklərə gündə 3-4 ampul qəbulu tövsiyyə edilir.1 yaşdan böyük uşaqlara gündəlik doza 10-30 mq/kq və 1-4 ampul təşkil edir.
Gündəlik dozanı 2-3 qəbula bölmək lazımdır,yemək zamanı qəbul etməli və üstündən bir  stəkan su içmək lazımdır.Ampulalarda olan məhlulu ½ stəkan suda həll edib gündə 2-3 dəfə yemək zamanı qəbul etmək lazımdır.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,qaranlıq ,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   Reseptsiz  buraxılır

Daxilə qəbul edilən məhlul
Təsiredici maddə:maqnezium laktat dihidrat 186,00 mq ;maqnezium pidolat 936,00 mq,piridoksin hidroxlorid 10 mq .
Köməkçi maddələr:natrium disulfit,natrium saxarinat,albalı-karamel aromatizatoru,təmizlənmiş su 10 ml-dək.Cəmi 100 mq maqneziuma ekvivalent miqdardadır.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.