Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ESPUMİZAN L 400 mq/ml

5.00 AZN
ESPUMİZAN L 400 mq/ml
İstifadəsinə göstərişlər:

-  Qazyaranmanın yüksəlməsi nəticəsində mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar zamanı,məsələn köp,qarında dolma hissi olduqda ,həmçinin yenidoğulmuşlarda sancılar zamanı simptomatik müalicə üçün;
-  Zəhərlənmələr zamanı yuyucu vasitələrlə.

Əks göstərişlər:

Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:Qarında köp zamanı :

Yaş
Damcı ilə dozalanma
Qəbul
Körpələr
25 damcı içərisində uşaq qidası olan butulkaya əlavə edilərək,döşlə hər dəfə qidalandırmadan əvvəl və ya sonra verilir.
1-6 yaş
25 damcı (1 ml)
Gündə 3-5 dəfə
6-14 yaş
25-50 damcı ( 1-2 ml)
Gündə 3-5 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər
50 damcı(2 ml)
Gündə 3-5 dəfə

Yemək zamanı və yeməkdən sonra,lazım gələrsə həmçinin yatmazdan əvvəl qəbul edilir.

Reseptsiz  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
Tərkibi

Təsiredici maddəsi simetikondur.25 damcının tərkibində 40 mq simetikon vardır.
Köməkçi maddələr:makroqol stearat,qliserin monostearat,karbomerlər,banan aromatizatoru,kalium asesulfam,sorbit məhlulu,natrium-xlorid,natrium-sitrat ,natrium-hidroksid,sorbin turşusu,təmizlənmiş su.