FENADOL 100 mq

FENADOL 100 mq

2.84 AZN
100 mq-lıq tabletlər.15 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır
İstifadəsinə göstərişlər:
-  Oynaq iltihabı ilə müşayiət olunan revmatizm və revmatoid artrit ;
-  Degenerativ oynaq xəstəlikləri;
-  Aybaşı ağrıları ;
-  Yumşaq toxumanın yaralanmaları .
Əks göstərişlər:
-  Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq;
-  Kəskin ürək çatışmamazlığı ;
-  Kəskin və ya xroniki mədə xorası ;
-  Hamiləliyin axrıncı 3 ayı .
İstifadə qaydası və dozası :tövsiyə olunan sutkalıq doza 150-200 mq təşkil edir.Kəskin simptomlar olduqda və ya xəstəliyin şiddətlənməsi zamanı gündəlik doza 300 mq-a qədər artırıla bilər.
Tabletləri kifayət miqdarda maye ilə yeməkdən sonra qəbul edin.
12 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 

Təsiredici maddə:bir tabletin tərkibində 100 mq flurbiprofen vardır.
Köməkçi maddələr:laktoza monohidrat,PVP K30,mikrokristallik sellüloza 102, natrium kroskarmelloza,kolloidal silisium 4-oksid ,kopovidon,titan 4-oksid .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır