SİPRİNOL – CİPRİNOL 250 mq

SİPRİNOL – CİPRİNOL 250 mq

2.65 AZN
250 mq-lıq yumru , ağ ,iki tərəfdən qabarıq ,qılafla örtülmüş bir tərəfində xətt olan tabletlərdir.
İstifadəsinə göstərişlər:

-  Tənəffüs yollarının infeksiyaları ;
-  Qulaq,boğaz,burun infeksiyaları ;
-  Böyrəklərin və sidik yollarının infeksiyaları ;
-  Cinsiyyət üzvlərinin infeksiyaları ;
-  Həzm sisteminin infeksiyaları ;
-  Dərinin ,selikli qişaların və yumşaq toxumaların infeksiyaları ;
-  Dayaq-hərəkət aparatının infeksiyaları .

Əks göstərişlər:

-  Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq ;
-  Hamiləlik və laktasiya dövrü;
-  Uşaqlar və 18 yaşa qədər yeniyetmələr .

İstifadə qaydası və dozası:

dozası xəstəliyin ağırlığından ,
infeksiyanın növündən ,yaşdan ,bədən çəkisindən  və böyrəklərin funksiyasından asılı olaraq təyin edilir.Tövsiyə edilən adi dozalar peroral qəbul üçün 250 mq və 500 mq tabletlər formasında qəbul edimləlidir.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz
Təsiredici maddələr:hər tabletin tərkibində 250 mq siprofloksasinə ekvivalent ,miqdarda siproflaksasin hidroxlorid monohidrat vardır.

Köməkçi maddələr:mikrokristallik sellüloza,natrium-qlikolyat  nişastası ,povidon ,natrium ,kroskarmelloza, susuz kolloidal silisium 4-oksid ,maqnezium-stearat ,hidroksipropilmetilsellüloza propilenqlikol ,talk ,titan 4 –oksid .


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.