Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DUSPATALİN

15.42 AZN
DUSPATALİN
İstifadəsinə göstərişlər:
Böyüklər və yaşı yuxarı olan uşaqlar :

Ağrı, spazm, qıcıqlanmış bağırsaq sindromu ilə əlaqədar bağırsaq nahiyyəsində disfunksiya və diskomfortun simptomatik müalicəsi.

Mədə-bağırsaq traktı orqanlarında spazmların simptomatik müalicəsi 

Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq

İstifadə qaydası və dozası:
daxilə qəbul olunur.Kapsulu kifayət qədər su ilə qəbul etmək lazımdır.Kapsulu çeynəmək olmaz.

Gündə 2 dəfə səhər və axşam bir kapsul.

Təsiredici maddə:1 kapsulda 200 mq mebeverin hidroxlorid vardır.

Köməkçi maddələr: maqnezium stearat, metilmetakrilat və etilakrilat sopolimeri, talk, hipromelloza, metakril turşusu və etakril sopolimeri, triasetin 

Bərk jelatin kapsul : jelatin,titan dioksid.

Rəngləndirici : şellak, propilenqlikol, konsentrasiya olunmuş amonyak məhlulu, kalium hidroksid, qara dəmir oksidi .