FOSFALYUGEL –PHOSPHALUGEL

FOSFALYUGEL –PHOSPHALUGEL

9.74 AZN
Ağ və ya demək olar ki ağ, gelin qarışdırılmasından sonra homogen, portağal qoxulu geldir.
İstifadəsinə göstərişlər:

-  Mədə və oniki barmaq bağırsağın xora xəstəliyi;
-  Qastrit ;
-  Qıcqırma,turş-gəyirmə ;
-  Qeyri-xoralı dispepsiya sindromu ;
-  Yoğun bağırsağın funksional xəstəlikləri ;

Əks göstərişlər:

Böyrək funksiyalarının ifadə olunmuş pozğunluğu ,preparata qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Böyüklər və 6 yaşdan böyük uşaqlar üçün sutkada 2-3 dəfə 1-2 paket daxilə qəbul edilir.

6 aylıqdan kiçik uşaqlar üçün – 6 yedizdirilmənin hər birindən sonra ¼ paket və ya 1 çay qaşığı (4 q);

6 aylıqdan böyük 4 yedizdirilmənin hər birindən sonra ½ paket və ya 2 çay qaşığı .

Preparatı təmiz şəkildə və ya qəbuldan əvvəl yarım stəkan suda həll etməklə qəbul etmək olar.

 

Təsiredici maddə:1 paketdə 10,40 q 20 %-li alüminium fosfat geli vardır

Köməkçi maddələr: sorbitol məhlulu 70%,aqar-aqar 800 ,pektin ,kalsium sulfat dihidrat ,kalium sorbat, portağal aromatizatoru ,təmizlənmiş su .
20 q-lıq paketlər (saşe)


Təsiredici maddə:1 paketdə 12,38 q 20 %-li alüminium fosfat geli vardır.

Köməkçi maddələr: sorbitol məhlulu 70%, aqar-aqar 800, pektin, kalsium sulfat dihidrat, kalium sorbat, portağal aromatizatoru, təmizlənmiş su .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.